Maya Sandu üçün həycan təbili çalınır - Moldovada nə baş verəcək?
Xəbər verildiyi kimi, Maya Sandu Moldovada prezident seçkilərinin ikinci turunda səslərin 99,86%-nin (930 512) hesablanmasından sonra 55,41% səs toplayıb. Bununla da o, ardıcıl ikinci dəfə prezident seçilib. Maraqlı məqam isə ondan ibarətdir ki, Sandu ölkə ərazisində əsas rəqibi Aleksandr Stoyanoqloya məğlub olub. Belə ki, Stoyanoqlo 51.19 faiz səs topladığı halda, Sanduda bu rəqəm 48.81 olub.
Hazırkı prezidentin qalib olmasına səbəb isə xaric ölkələrdə qazandığı səs faizləridir.
Maraqlıdır, növbəti il Moldovada parlament seçkiləri baş tutacaq. Aİ-yə inteqrasiyanı hədəfləyən Sandu parlamentdə üstünlük qazana bilməsə, hadisələr hansı ssenari ilə inkişaf edəcək?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Yalçın Hacızadə Qərbin və Rusiyanın atdığı addımlardan söz açıb:
"SSRİ və Varşava paktı dağıldıqdan sonra Qərb ittifaqları və təşkilatları Şərqə doğru, yəni sovet "şinelindən" çıxımış ölkələrə tərəf genişlənməyə başladı. Bəzi dövlətlər sözügedən təşkilatlara üzv oldu, bir neçəsi isə Rusiyaya qarşı istifadə etmək üçün bufer zona kimi saxlanıldı. Eyni zamanda, Rusiya keçmiş ittifaq ölkələrinin onun təsirindən çıxmasının qarşısını almaq üçün həmin dövlətlərdə separatizmi dəstəklədi, etnik tərkibli münaqişələr yarada bildi. 1990-cı ildə həmin ərazilərdə davam edən Rusiya – Qərb gərginliyi bir çox dövlətləri qorxutdu. Əslində, bu məqam Ukrayna müharibəsi başladıqdan sonra daha da çoxalmağa meyl etdi. Sosializmdən Qərb ittifaqlarına keçmiş bir çox ölkələr indi görürlər ki, onlar Rusiyaya qarşı istifadə olunur və Rusiyanın Amerika qarşısında zəiflədilməsi üçün münaqişələrə sövq edilir".
Ekspert Moldova əhalisinin Qərb "yox" deməsinin də səbəblərini açıqlayıb:
"Moldovanın daxilində yaşayanların da Qərblə yaxınlaşmağa "yox" deməklərinin kökündə rəsmi Moskva ilə münaqişədə maraqlı olmamaları, ölkənin iqtisadi və mədəni bağlılığının Rusiya ilə daha çox olması, həmçinin gərginlik zamanı Qərbin Rusiya ilə Moldovaya görə açıq münaqişəyə girməyəcəklərini görmələridir. Hesab edirəm ki, yenidən prezident seçilən Maya Sandu bundan sonrakı siyasətində ölkə əhalisinin əksəriyyətinin onun siyasətini dəstəkləmədiyini nəzərə alaraq davam etdirəcək. Görünən odur ki, Moldovada da Gürcüstanda olduğu kimi əhali ölkənin Rusiya ilə Qərbin mübarizə meydanına çevrilməsini istəmirlər. Bu da liberal hakim siyasi ideologiyanın zəifləyəcəyini, gələcəkdə yerini mühafizakarlarla verəcəyini deməyə əsas verir".
Məlik Məlikov,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub