Maykl Ceksonun kolleksiyasını toplayan azərbaycanlı: "Üç işdə işləyirdim ki, diskləri alım" - MÜSAHİBƏ + FOTO

Maykl Ceksonun kolleksiyasını toplayan azərbaycanlı: Maykl Ceksonun kolleksiyasını toplayan azərbaycanlı: "Üç işdə işləyirdim ki, diskləri alım" - MÜSAHİBƏ + FOTO
"14 yaşından işləməyə başladım ki, sırf bu kolleksiyanı toplaya bilim. Yeganə məqsədim idi".
Bu sözləri Oxu.Az-a müsahibəsində mərhum dünyaşöhrətli pop müğənnisi Maykl Ceksonun CD kolleksiyasını toplayan azərbaycanlı pərəstişkarı İlqar Quliyev deyib.
Maykl Ceksonun kolleksiyasını toplayan azərbaycanlı: Onunla müsahibəni təqdim edirik:
- İlqar bəy, Maykl Ceksonun 70 milyon abunəçisi olan rəsmi səhifəsinin sizinlə bağlı paylaşımına rast gəldik: müğənninin CD disklərindən ibarət kolleksiya toplamısınız. Maraqlıdır, bu həvəs necə yarandı?
- Mən uşaqlıqdan Maykl Ceksonun pərəstişkarıyam. Özü də fanatı yox, pərəstişkarı. Bu iki söz tamam fərqlidir. Mən, sadəcə, pərəstişkar və kolleksiyaçıyam.
Böyük qardaşım da onun pərəstişkarı olub. Gözümü açandan Maykl Ceksonun mahnılarını eşitmişəm. Çox kiçik yaşlarımdan kolleksiya toplamağa başladım.
- Kolleksiyanın ilk elementini nə vaxt əldə etdiniz?
- 2000-ci il idi. 14 yaşından işləməyə başladım ki, sırf bu kolleksiyanı toplaya bilim. İndi 37 yaşım var. 2006-cı ildə internetdən sifariş etmək imkanı yarandı. Həmin vaxta qədər Bakıda olan bir neçə fanatı ilə toplaşıb, yaxın ölkələrdən gətizdirirdik. O zaman bunun üçün ən münasib ölkə Rusiya idi. Əksəriyyəti də pirat məhsullar idi. Qiyməti yox idi. 2006-cı ildən kəşf etdim ki, internetdən sifariş etmək olur. Onlayn hərraclar vasitəsilə sifarişlər etdim.
Fotoda olan CD diskləri orijinaldır. Onların hər biri dünyada məhdud saydadır. Məsələn, eləsi var ki, dünyada ondan 15 dənədir, biri də məndədir. Maddi imkanım hara qədər çatıbsa, o qədər almışam.
Maykl Ceksonun kolleksiyasını toplayan azərbaycanlı: - Dünyada məhdud sayda olan həmin CD disklərini neçəyə alırdınız?
- Orada müxtəlif qiymətə disklər var. Sonuncu diski 2015-ci ildə almışam. Devalvasiya olandan sonra azaltdım. Kolleksiyamda elə disk var ki, qiyməti 2 000 dollar. Dollar ucuz olan zaman rahat şəkildə əldə edirdim. Artıq baha ala bilmirəm. Həqiqətən, çox bahadır.
Disklərlə yanaşı, kitablar da var. Fotoda hamısı əks olunmayıb. Kitabları da onlayn hərrac yolu ilə əldə etmişəm. Bununla yanaşı, fan-klublarla da əlaqə qururdum. Müştərək şəkildə alırdıq. Dünyada Maykla aid kitabları bir araya yığsaq, Axundov kitabxanası boyda olar.
- Maykl Ceksonun mahnılarının müəlliflik hüququnun daşıyıcısı olan şirkətin sizinlə əlaqə saxladığını bildirdiniz.
- 2012-ci ilə qədər kolleksiyanı mütəmadi yığırdım. Eyni vaxtda üç işdə işləyirdim ki, bu kolleksiyanı yığım. Yeganə məqsədim kolleksiyanı toplamaq idi. 2012-ci ildə Mayklın mahnılarının müəlliflik hüququnun daşıyıcısı olan şirkətdən mənim şəxsi poçt ünvanıma mesaj gəldi. Postsovet ölkələri arasında kolleksiyamın həcminə görə birinci yerə çıxmağım münasibətilə təbrik edirdilər. Qeyri-rəsmi olduğunu zənn etdim. Bir müddət sonra rəsmi olduğunu öyrəndim. Onlar bildirmişdilər ki, dünyada olan 15 orijinal diskdən biri məndədir. Minnətdarlıq etmişdilər. Çünki o dövrdə saxta disklər yayılmışdı.
Maykl Ceksonun kolleksiyasını toplayan azərbaycanlı: - Kolleksiyanızı sərgilərdə nümayiş etdirməklə bağlı təkliflər almısınızmı?
- Təkliflər gəlməyib. Lakin Azərbaycanda Maykl Ceksonun CD disklərinin ən böyük və yeganə kolleksiyaçısıyam. Dünyada isə sayımız çoxdur. Maykl Cekson kolleksiyasına görə dünyada birinci yeri bölüşən iki nəfəri şəxsən tanıyıram. İnternet üzərindən əlaqəm var. Kolleksiya toplamaq onlar üçün daha əlçatandır, nəinki mənim üçün.
- "Xəzinə"də olan ən ucuz və bahalı diskin qiyməti?
- Ən ucuzu 20-25 dollar, ən bahalısı 1 500-2 000 dollardır.
- Siz sırf musiqi disklərini topladığınızı söylədiniz. Neçə mahnısının diski var?
- Mahnılarını dinləyirəm. Amma konkret cavabım yoxdur. Xarici kolleksionerləri izləyirəm. Onlar məndən böyükdürlər. Mən 23 ildir ki, toplayıram. 30-40 il bu işlə məşğul olanlar var. Bu bir aludəçilikdir.
Maykl Ceksonun kolleksiyasını toplayan azərbaycanlı: - Kolleksiyanı harada saxlayırsınız?
- Şəkildə gördüyünüz foto köhnə evimizdə çəkilib. O foto 2013-cü ilin mayına məxsusdur. O ev söküldü. Hazırda diskləri qutuda saxlayıram. Nə vaxtsa imkan olsa, bir yer ayırmaq istəyərəm.
- Maykl Ceksonun özünəməxsus rəqs qabiliyyəti var idi. Bəs siz, rəqsinin pərəstişkarı olmusunuzmu?
- Rəqsinə xüsusi marağım olub. Hətta həvəskar olaraq onu təqlid etməyə də çalışmışam. Düşünürəm ki, Maykl Ceksona qulaq asan insanların çoxu ona bənzəməyə çalışır.
- Onun vəfatından sonra CD disklərinin qiymətində artım baş verdimi?
- 2009-cu il iyunun 25-də Maykl vəfat etdi. O gün indiyə qədər yadımdadır. Sağlamlığında problem olduğunu bilirdim. Ölümü gözlənilməz deyildi, amma çox pis oldum. Onu izləyən insan üçün ailə üzvünün itkisi kimi oldu.
Vəfatından bir neçə saniyə sonra onun bütün multimedia əşyalarının qiyməti artdı. 40 dollara olan diskin qiyməti 400 dollara qalxmışdı. Çoxlu sayda saxta diskləri də meydana çıxdı. Bunlar hamısı keçdi getdi.
- Kolleksiyanızda ən sevdiyiniz əşya hansıdır?
- Kolleksiyamda olanların hamısı mənə əzizdir. Onları ayırmıram. Göz bəbəyim kimi qoruyuram. Məndə Mayklın öz şlyapası var. Son günlər yayılan fotoda yoxdur. Çünki o foto 2013-cü ilin mayında çəkilib. Həmin foto çəkiləndən iki ay sonra şlyapanı əldə etmişəm. Maykl Cekson həmin şlyapanı 1996-cı ildə Amsterdamda konsert zamanı fanatlarına atıb. Bu onun adəti idi. 2013-cü ildə şlyapa hərraca çıxarıldı. Şlyapaları digər geyimlərinə nisbətən ucuz olub. Qiyməti yadımda deyil. Sifarişlə onlayn hərrac vasitəsilə aldım.
- Kolleksiyanızdakı əşyaları nə zamansa satmağı düşünürsünüzmü?
- Xaricdən də təkliflər olub. Satmağı düşünmürəm. Hələ ki, ağlımdan keçməyib. Lazım olmayıb. İnşallah, şərait və ehtiyac olmaz.
Nəzrin Vahid

Maraqlı       Tarix: 04 noyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber krimnal bugun sonxəbər en son xeberleri