Mədə yanğısını təbii üsullarla bir neçə dəqiqəyə necə aradan qaldırmaq olar? - FOTO
Mədə yanğısını təbii üsullarla bir neçə dəqiqəyə necə aradan qaldırmaq olar? - FOTO
Mədə turşusunun qida borusuna qayıtması səbəbindən meydana gələn mədə yanması və ya mədə turşuluğu geniş yayılan sağlamlıq problemləri sırasındadır.
Mədə yanğısı şikayəti olanlar ilk növbədə həkimə müraciət etməli və müalicə almalıdırlar. Lakin bu narahatlığı aradan qaldırmaq üçün bəzi təbii üsullar da var ki, dəqiqələr içində rahatlıq gətirə bilər.
Karbonat (yemək sodası) - mədə turşusunun neytrallaşdırılmasına kömək edir. Bunun üçün bir stəkan suda bir çay qaşığı sodanı həll edib yavaş-yavaş içmək lazımdır. Bu üsul sayəsində mədə yanğısının dəqiqələr içində keçdiyini hiss etmək mümkündür.
Zəncəfil - iltihab əleyhinə xüsusiyyətləri sayəsində mədə yanğısına qarşı effektli vasitə hesab olunur. Bununla belə, zəncəfildən istifadə maksimum 6 qramla məhdudlaşdırılmalıdır. Zəncəfil ekstraktlı əlavələr və ya zəncəfil çayından istifadə etmək olar. Eyni zamanda zəncəfil mədədə iltihabın da qarşısını alır.
Bol su içmək - Su içmək mədədə pH (qələvi-turşu) balansını təmin edir. Mədə yanğısından əziyyət çəkənlər xüsusilə mineral sulardan istifadə etməklə bu narahatlığı aradan qaldıra bilərlər. Bundan əlavə, təbii su da mədədə pH-ı tarazlaşdırır və mədə turşusunun mədəyə zərər verməsinin qarşısını alır.
Lifli qidalar - Yulaf kimi lifli qidalar mədədə turşunu özünə çəkərək yemək borusunda yanma və turşuluq hissinin azalmasına kömək edir. Lifli qidalar reflyuks (mədə yanması) xəstəliyinin müalicəsində də istifadə edilə bilər.
Çobanyastığı çayı - Çobanyastığı çayı həzm sistemini rahatlaşdıran və sancıların qarşısını alan çaydır. Sakitləşdirici xüsusiyyəti ilə mədə əzələlərini genişləndirir, öd axınını yaxşılaşdırır və həzmi tənzimləyir, bununla da mədə turşusunun yuxarıya doğru qalxmasının qarşısını alır. Çobanyastığı çayı içmək istəməyənlər bu faydaları nanə çayı ilə də əldə edə bilərlər.




Mənbə: Haber Global / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR