Mədəaltı vəzi xərçənginə qarşı peyvənd siçanlar üzərində uğurla sınaqdan keçirildi
Mədəaltı vəzi xərçənginə qarşı peyvənd siçanlar üzərində uğurla sınaqdan keçirildi
Poliinosin-polisitidil turşusu (pIC) mədəaltı vəzi xərçənginə qarşı peyvənd kimi istifadə oluna bilər. Sağlam siçanlara tətbiq edildikdə, o, sonradan yaranan şişlərin böyüməsini 60% zəiflədib.
Tədqiqat "Journal for Immunotherapy of Cancer" jurnalında dərc olunub.
Mədəaltı vəzinin xərçəngi müalicəyə ən çətin tabe olan şişlərdən biridir. İllik sağ qalma nisbəti 24% təşkil edir və xərçəng aşkar edildikdən sonra yalnız 9% insanın beş ildən çox yaşama ehtimalı var. Yeni bir araşdırmada alimlər suda həll olunan polietilenimin polimerindən istifadə edərək pIC-nin birbaşa şiş hüceyrəsinə çatdırılmasının mədəaltı vəzinin kanallarının adenokarsinoma hüceyrələrinin məhvinə imkan verdiyini sübut ediblər.
Bundan əlavə, siçanların üzərində aparılan sınaqlar göstərib ki, pIC xərçəng inkişaf etməzdən əvvəl tətbiq edildikdə şişin böyüməsini təxminən 60% zəiflədir, yəni peyvənd kimi təsir edir. Molekul, şişə hücum etmək üçün immun sistemini yenidən tənzimləyərək heyvanların həyatını əhəmiyyətli dərəcədə uzadıb və həmçinin normal mədəaltı vəzi hüceyrələri üçün təhlükəsiz və qeyri-toksik olub.
Elmi işin müəllifləri qeyd ediblər ki, daha əvvəl onlar oxşar nəticələr əldə edə bilməyiblər. Maddə artıq insanlar üzərində sınaqdan keçirilməsi üçün hazırdır.
Mənbə: Gazeta.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR