Mədəni müxtəlifliyin rəmzi - Ramazanın birliyi

Mədəni müxtəlifliyin rəmzi - Ramazanın birliyiMədəni müxtəlifliyin rəmzi - Ramazanın birliyi
Azərbaycanın multikulturalizm modeli sosial, dini və mədəni müxtəlifliyin tolerant əsaslarla interaktiv bir vəziyyətdə mövcudluğudur. Bu model ölkənin əsrlərdən bəri formalaşan mədəniyyətlər və dinlərarası dialoq işinin təcrübədən keçirilməsi ilə yeni çağırışlara əsaslanaraq hazırlanmışdır.  
Azərbaycanın tolerantlıq ənənələrinin mədəni, siyasi, sosial mahiyyətinin araşdırılması, respublikadakı dini müxtəlifliyin elmi müstəvidə təhlili bu modelin əsas prioritet istiqamətlərindəndir. Əldə olunan multikultural nailiyyətlərin beynəlxalq ictimaiyyətdə təbliği və dini abidələrin qorunub saxlanılması yönündə də əsaslı işlər görülməkdədir.
Azərbaycan hər zaman İslam dünyasının tarixi və mədəni mərkəzlərindən biri olub. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan digər din və mədəniyyətlərə də qucaq açmış, əksər ölkələrdən fərqli sivilizasiya formalaşdırmışdır. 
Müxtəlif xalqlara və dinlərə mənsub insanların Azərbaycana pənah gətirməsinin əsas səbəbi bu ölkədə yaşayan insanların mədəniyyəti və onların xarakterik keyfiyyətinə çevrilmiş tolerantlıq xüsusiyyətidir. Azərbaycanın ictimai-siyasi həyatında da xalqlar mühüm rol oynamış və tolerantlığın təməl sütunlarının qoyulmasında yaxından iştirak etmişlər. Bu gün də ölkəmizdə bu dinlərin tarixi abidələri və zəngin mənəvi irsləri qorunub saxlanılmaqdadır.  
2003-cü ildən Prezident İlham Əliyev multikultural dəyərləri və tolerantlığı prioritet hesab edib. Ölkəyə rəhbərlik etdiyi dövrdən bəri İlham Əliyev dünya miqyasında keçirilmiş beynəlxalq forumların, tədbirlərin müəllifi olub. Son dövrlərdə ümumdünya mədəniyyətlərarası dialoq forumlarının vətəninə çevrilən ölkəmizi 2016-cı ildə Roma Papası Fransiskin "əsl tolerantlıq nümunəsi" adlandırması da Azərbaycan xalqına və Prezident İlham Əliyevin fəaliyyətinə verilmiş ən yüksək qiymətdir.  
Konstitusiyada dövlətin dünyəviliyinin açıq şəkildə ifadə edilməsi Azərbaycanın ən dünyəvi müsəlman cəmiyyətlərindən biri olduğunu iddia etməyə əsaslı zəmin yaradır. 
Azərbaycanın vətəndaşları öz inanc və dinlərindən olan insanlara müqəddəs bayramlarını qeyd etməyə və ənənələrini yaşatmağa imkan verir. Aprel ayının 4-də Azərbaycanda yaşayan katoliklərin və may ayının 2-si provaslavların "Pasxanı", habelə yəhudilərin sentyabrda "Yom Kippur"-u yüksək əhval-ruhiyyə ilə birlik içində qeyd etməsi bir daha ölkəmizdə bütün inanclı vətəndaşların hüquq və azadlıqlarının bərabər səviyyədə qorunmasından xəbər verir.    
Ölkəmizdə Müsəlmanlar tərəfindən qeyd olunan Ramazan ayı İslam təqvimində ən şəfaqətli və müqəddəs ay hesab edilir və İslamın əsas şərtlərindən biri sayılır. Onu məcazi şəkildə "on bir ayın sultanı" da adlandırırlar, çünki bu ayda Müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərim nazil olmuşdur.  
Müsəlmanlar bu ayda orucu Allaha daha yaxın olmaq və mənəvi sağlamlıqlarını, nizam-intizamlarını gücləndirmələrini təmin edən bir ibadət kimi yerinə yetirirlər. Ramazan mədəni maarifləndirmə, həmrəylik, mədəniyyəti bölüşmək, səbr, mədəniyyətlərarası dialoqun təşviqi ayı sayılır. Müsəlmanlar bu müqəddəs ayın son gününü Ramazan bayramı kimi qeyd edirlər.
Xüsusilə də, 30 illik həsrətdən sonra doğma Qarabağımızın düşmən tapdağından azad olması bu il Azərbaycan ərazisində yaşayan bütün inanclı insanların bu bayramları yüksək əhval-ruhiyyə ilə keçirməsinə stimul vermişdir.   
Dini ayin və ənənələrin, xüsusi gün və bayramların hər bir Azərbaycan vətəndaşı tərəfindən sərbəst qeyd olunması müxtəliflik və tolerantlıq ahənginin sübutudur. Azərbaycanda multikulturalizm dövlət siyasətinin mühüm tərkib hissəsidir və Cənab Prezidentin son 18 illik fəaliyyəti dövründə daha da inkişaf edərək "Azərbaycanın multikulturalizm modelinə" çevrilmişdir.
Ölkəmiz gələcəkdə də bütün dünyada müxtəlif dinlərin və millətlərin nümayəndələrinin mədəni müxtəlifliyini qorumaq, inkişaf etdirmək və uyğunlaşdırmaq hədəfindədir. Bu baxımdan növbəti ənənəvi multikulturalizm forumunu regionumuzun mədəniyyət beşiyi sayılan Şuşada təşkil edərək bu modeli dünyada bir daha təqdim edə bilərik. Bu isə öz növbəsində bir neçə qlobal məqsədlərə eyni anda çatmağa və dözümlü, sülhsevər cəmiyyətin qurulmasına öz töhfələrini verə bilər.   
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı /oxu.az

Siyasi       Tarix: 06 may 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca


azerbaycan xeberleri son xeberler yeni xeberler ensonxeberler cəbhədən ən son xəbərlər son xeberler bu gun bu gunun xeberleri