Media nümayəndələri üçün təlim keçirildi
Aprelin 28-də İqtisadiyyat Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə "Bazar iqtisadiyyatı və rəqabət mühiti" və "İstehlakçının hüquq və vəzifələri" mövzularında təlim keçirilib.
KONKRET.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisinin müşaviri Cəfər Babayev media nümayəndələrini salamlayaraq bildirib ki, təlimin keçirilməsində məqsəd bazar iqtisadiyyatının prinsipləri, tənzimlənməsi metodları, antiinhisar tənzimlənməsi və siyasəti, istehlakçıların hüquq və vəzifələri barədə jurnalistlərin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərməkdir.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli iqtisadi sahədə jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb, belə təlimlərin media nümayəndələrinin biliklərinin artırılmasında və medianın ictimaiyyətə dolğun informasiya çatdırmasında əhəmiyyətini vurğulayıb.
Tədbirdə mövzularla bağlı müzakirələr aparılıb, jurnalistlərin sualları cavablandırılıb.
Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikatları media nümayəndələrinə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov təqdim ediblər.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı