Medvedev: "Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə müzakirə edilməlidir
Medvedev: "Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə müzakirə edilməlidir"
Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə müzakirə edilməlidir, bu regionun reallığıdır.
"RİA Novosti"nin məlumatına görə, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib.
"Türkiyə bizim qonşumuz və çox vacib bir tərəfdaşımızdır. Azərbaycan üçün də çox yaxın ölkədir. Bu amil göz ardı edilə bilməz", - deyə o, vurğulayıb.
Onun sözlərinə görə, Moskva və Ankara məhsuldar dialoq qurublar, iki ölkə prezidentləri bu mövzuda davamlı ünsiyyətdədirlər, ümumi işlər üçün Türkiyə və Rusiya hərbçilərinin iştirak etdiyi xüsusi nəzarət mərkəzi yaradılmasına qərar verilib.
Qeyd edək ki, 2020-ci ilin noyabrın 11-də Rusiya və Türkiyə hərbi qurumlarının rəhbərləri tərəfindən imzalanmış memoranduma müvafiq olaraq yanvarın 30-da Ağdam rayonunun Qiyaməddənli kəndində Dağlıq Qarabağ münaqişə zonasında atəşkəsə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzi açılıb.
"Bu, həm də ümumi sabitləşmə elementidir. Ancaq bunu bəzi uzunmüddətli siyasətin elementi kimi qiymətləndirməzdim və ya burada konspioroloji nəzəriyyə qurmazdım. Sadəcə bölgəmizdə mövcud olan reallıqları nəzərə almalıyıq. Reallıq isə budur ki, bu gün bu məsələ Türkiyədən olan tərəfdaşlarla müzakirə edilməlidir", - deyə Medvedev vurğulayıb. /oxu.az
Xidmetler [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına