Mehdiyev işi: Bakıdan Putinə gizli məktub – DETALLAR

Mehdiyev işi: Bakıdan Putinə gizli məktub – DETALLAR"2013-cü ildə Azərbaycanda dövlət çevrilişinə cəhd planlarını xatırlamaq yerinə düşər. Həmin vaxt Rusiyada "Milyarderlər ittifaqı" quruldu, azərbaycanlı iş adamları bu ittifaqa cəlb edildi, onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələri formalaşdırıldı".
azxeber.com xəbər verir ki, bu barədə APA-nın yaydığı məlumatda bildirilir.
Bu prosesdən bir qədər əvvəl "Ziyalılar Forumu" yaradılsa da, az sonra orda toplaşan ziyalılardan bəziləri məsələnin mahiyyətini anladılar. Məqsədini "cəmiyyətin problemlərinin müzakirəsi" elan edən Ziyalılar Forumunun bəzi üzvlərinin siyasi bəyanatlar səsləndirməsi digərlərinin bu klubdan uzaqlaşmasına səbəb oldu. Bunun ardınca isə həmin "ziyalılardan" bir qisminin və radikal müxalifətin toplaşdığı "Milli Şura" adlı rusiyapərəst birlik formalaşdı. Prezident seçkilərindən sonra bu şuranın Rusiya prezidentinə məktubu da mediada yayıldı. Bütün bu prosesdə Rüstəm İbrahimbəyov irəli verilib, "Milli Şura"nın vahid namizədi elan olunsa da, hamıya aydın idi ki, dirijorun solo çıxış üçün müəyyənləşdirdiyi şəxs məhz Abbas Abbasovdur. Abbas Abbasov həmin vaxt nəinki Azərbaycanın daxilindəki köhnə tanışlarından istifadə edir, Rusiyada onunla eyni siyasi mövqedən çıxış etməyən diplomatlara, iş adamlarına və diaspora üzvlərinə qarşı repressiv cəzalar tətbiq etdirirdi. Yeri gəlmişkən, həmin vaxt xaricdə çalışan bəzi diplomatlarımız Abbas Abbasovun Rusiya bazarlarına qədər gedib, ordakı azərbaycanlıları belə bu prosesə qoşmaq istəməsi barədə açıqlamalar verirdilər. Bu açıqlamalardan sonra Ramiz Mehdiyev onların media çıxışlarına qadağa tətbiq etmişdi, Elmar Məmmədyarov isə diplomatları XİN sistemindən uzaqlaşdırmışdı.
Həmin dövrdə bu planlar baş tutmadı, xalqımız şimaldan əsən avantüra küləyinə aldanmadı, siyasi dəllallara dəstək vermədi. Bundan sonra Abbas Abbasov müəyyən dövr itdi, efirdə görünmədi. Sonra aydın oldu ki, o, milyarder Telman İsmayılovun yanında işə düzəlib. Belə ki, Abbasov İsmayılovun qonaqlarını qarşılayır, yola salır, bir sözlə, lakeylik edir, Telman İsmayılovun yavəri qismində çalışırdı. Bütün bu avantüradan sonra, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər etdi. Həmin səfər çərçivəsində keçirilən müzakirələrlə bütün məsələlərə son qoyuldu.
Yeri gəlmişkən, Abbas Abbasov bu günə kimi Azərbaycana gələ bilmir. O, erməniəsilli qaynanasının dəfnində belə iştirak edə bilmədi", – məlumatda bildirilir.

Siyasi       Tarix: 19 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 son xeber 2026 bugünki xəbərlər axsam.az xeberler