Mehdiyevin "dövlətə xəyanət" ittihamında Əli Kərimlinin hüquqi statusu müəyyənləşir – "Azadlıqdan məhrumetmə cəzası verilə bilər"

Mehdiyevin Xəbər verdiyimiz kimi, AXCP sədri və Milli Şura lideri Əli Kərimli "Ramiz Mehdiyev işi" çərçivəsində aparılan istintaq tədbirləri nəticəsində saxlanılıb.
Bildirilir ki, saxlanılma Mehdiyevlə ehtimal edilən siyasi əlaqələrin araşdırılması ilə bağlıdır və proses üzrə hüquqi qiymətləndirmə davam edir.
Mehdiyevin KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, partiya sədrinin saxlanılmasını şərh edən tanınmış vəkil Əkrəm Həsənov qeyd edib:
"Dövlət çevrilişinə cəhddən söhbət gedirsə, burada dövlət sirri məsələləri də var. Mümkündür ki, istintaq tam şəkildə baş verənləri hələ aydınlaşdıra bilməyib. Aydınlaşdırdıqları məqamlar, epizodlar üzrə addımlar atılır, həbslər gerçəkləşdirilir. Bu baxımdan məlumatlar ictimailəşdirilmir, ona görə də həbslərin birinin digəri ilə əlaqəli olmasıyla bağlı fərziyyələr üzərindən danışa bilərik.
Ortada olan məlumatlara əsasən deyə bilərik ki, ittihamlar çox ağırdır. Mümkündür ki, tərəflər arasında maliyyə məsələlərində hansısa əlbirlik olub. Biz adətən nazirləri, məmurları ittiham edirik ki, bu qədər pul bunlarda hardandır? Eyni sualı müxalifət liderlərinə də vermək olar. Bu adamlar illərlə müxalifətdədirlər, işləmirlər. Hardandır?
Belə də düşünmək olar ki, ya bu adamları xaricdən maliyyələşdirirlər, ya da daxildən hansısa iri bir dövlət məmuru maliyyələşdirir.
Maliyyələşmə xaricdəndirsə, şəxsən mənim üçün qəbuledilməz bir məsələdir. Xaricinin nə marağı var ki, hansısa bir partiyanı, qurumu, şəxsi maliyyələşdirsin. Xarici pul verirsə, ilk növbədə öz marağını güdür. Xarici mənim, mənim ölkəmin maraqlarını niyə güdməlidir?
Daxildən də belə bir maliyyələşdirmə varsa, bunu dövlət məmuru edirsə, bu, etika baxımından düz deyil. Sən rəsmi olaraq hökumətə işləyirsən, halal və ya haram yolla buradan qazanırsansa, hökumətin əleyhinə olanları maliyyələşdirirsənsə, bu, etik deyil.
Sual yaranır ki, bəs müxalifət haradan maliyyələşsin? Hazırda heç bir sahibkar aşkar şəkildə hər hansı bir müxalifətçini maliyyələşdirməz. Yəni durum belədir və bu arqumenti də qəbul edirəm. Amma durum belədir deyə gedib xaricdən və ya hansısa məmurdan pul almağı da doğru hesab etmirəm. Əgər belə bir maliyyələşmə olubsa, demək qarşılığında da nələrsə istəyib.
O cümlədən indi bizə deyirlər ki, dövlət çevrilişinə cəhd olub. Mən inkar etmirəm ki, Əli Kərimlinin siyasi bazası var. Amma bu elə bir baza deyil ki, dövlət çevrilişini həyata keçirə bilsin. Ramiz Mehdiyev buna inana bilərdi. Pis mənada demirəm, o, elə yaşdadır ki, əqli əvvəlki kimi işləmir.
Əli Kərimli isə qoca deyil, düşünməli idi ki, bunun heç bir perspektivi yoxdur, üstəlik, belə addımlara görə ömürlük azadlıqdan məhrumetmə cəzası da verilə bilər. Çünki Ramiz Mehdiyevə verilən ittihamlar çox ağırdır, bundan o tərəfə ittiham yoxdur".
Əkrəm Həsənov tərəflər arasında müəyyən əlbirliyin olmasını da istisna etmir:
"Ortada Ramiz Mehdiyevin Rusiyaya ünvanladığı bir məktub var və bizə deyirlər ki, Mehdiyev Rusiyanın adamıdır. Əli Kərimli isə Rusiya ilə deyil, Avropa ilə yaxındır və zəif durumdadırlar.
Müxalifət patiyasının qayəsi iqtidara gəlməkdir. Belə bir ambisiyası var və onu dəstəkləyən qrup, partiya var. Hakimiyyəti tənqid edən partiyanın, qrupun, siyasətçinin fəaliyyəti şəffaf olmalıdır. Çünki hakimiyyəti qeyri-şəffaflıqda ittiham edirsənsə, özün şəffaf fəaliyyət göstərməlisən. Azərbaycanda hakimiyyətdə olan və gedəndən sonra müxalifətə keçən siyasətçilər olub. 96-cı ildə Rəsul Quliyev hakimiyyətdən getdi və dərhal müxalifət partiyalarından birini maliyyələşdirməyə başladı. Əli İnsanov illərlə hakimiyətdə qalandan sonra müxalifətə keçdi və bu gün də fəaliyyətini davam etdirir.
Bu cür gedişlər və dönüşlərdə qanuni baxımdan problem yoxdur. Belə hərəkətlər qanunla qadağan deyil. Aydındır ki, bu şəxslər vəzifələrindən getdikləri üçün hakimiyyətdən müxalifətə keçməklə qisas almağa, eyni zamanda müxalifətlə birgə hakimiyyətə gəlməyə can atırlar. Müxalifətin də belə şəxslərdən bəhrələnməsində problem yoxdur. Bütün dünyada siyasətdə belə addımlar var və Azərbaycanda da olub.
Amma siyasi partiya heç bir halda dövlət çevrilişi, qiyam kimi yollarla hakimiyyətə gəlmək haqda düşünməməlidir. Çünki bu, dövlətin sarsılmasına, dövlətin əleyhinə olan qüvvələrin hakimiyyətə gəlməsinə yol aça bilər".
Xatırladaq ki, Səbail rayon Məhkəməsi xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barəsində verilmiş vəsatəti təmin edərək onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı külli miqdarda leqallaşdırma) maddələri ilə ittiham olunur.
İstintaq versiyalarına görə, Mehdiyevin Rusiyanın xüsusi xidmət orqanları ilə gizli əlaqələr saxlaması, Azərbaycanda hakimiyyətin dəyişdirilməsi, prezident üsul-idarəsinin ləğv edilərək onun rəhbərliyi ilə 50 nəfərlik "Dövlət Şurası"nın yaradılması cəhdləri araşdırılır. Məlumatlara əsasən, Ramiz Mehdiyevin həmin məxfi şurada müxalifət daxilindən, o cümlədən Əli Kərimlinin də adını hallandırdığı iddia olunur.
Hazırda Əli Kərimlinin bu proseslərlə bağlı hansı rola malik olub-olmaması və ya əlaqələrin hansı xarakter daşıdığı istintaq tərəfindən araşdırılır. Onun hansı maddələrlə ittiham ediləcəyi barədə yaxın vaxtlarda əlavə məlumatın açıqlanacağı gözlənilir. Hazırda istintaq orqanlarının başqa həbslər də apardığı bildirilir.

Siyasi       Tarix: 29 noyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb


yeni xeberler azerbaycan xeberleri son xeberler qarabag bugunun xeberleri az xeber son xəbərlər bugün 2026