Mehdiyevin "türk nifrəti" ilə bağlı SENSASİON FAKTLAR: Ənvəroviç 24 illik karyersında niyə Türkiyədən YAN QAÇIB?

Mehdiyevin Azərbaycan siyasətində uzun illər mühüm postlarda təmsil olunan Ramiz Mehdiyevin Türkiyəyə rəsmi səfər etməməsi mövzusu yenidən gündəmə gəlib. Maraqlıdır, bu fakt şəxsi səbəblərlə bağlı idi, yoxsa siyasi-diplomatik seçimdən qaynaqlanırdı?
Mövzu ilə bağlı Ağ Partiyasının sədri Tural Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyevin Türkiyəyə səfər etməməsi təsadüfi yox, sistemli yanaşmanın nəticəsi olub.
Onun sözlərinə görə, Mehdiyevi müdafiə edənlər zaman-zaman onun 24 illik siyasi karyerası ərzində Türkiyəyə 1 və ya 2 dəfə səfərə getdiyini iddia ediblər. Lakin bu səfərlərin də rəsmi vəzifənin yaratdığı zərurətdən irəli gəldiyi qeyd olunur.
Tural Abbaslı bildirib ki, Ramiz Mehdiyevin Türkiyəyə və ümumilikdə türk dünyasına münasibəti siyasi dairələrdə hər zaman müzakirə mövzusu olub:
"Mehdiyevin Türkiyəyə isti münasibət bəsləmədiyi, Rusiyaya yaxınlığı heç kimə sirr deyildi. Türkiyə–Azərbaycan münasibətlərinin ən gərgin dövrləri məhz Mehdiyev və onun komandasının hakimiyyətdə olduğu zamanlara təsadüf edib".
Mehdiyevin Partiya sədri xatırladıb ki, həmin dövrdə iki qardaş ölkə arasında münasibətlər demək olar ki, siyasi böhran həddinə çatmışdı. Onun fikrincə, bu gərginliyin simvolik nümunələrindən biri Şəhidlər Xiyabanı yaxınlığındakı məscidin önündən Türkiyə bayraqlarının endirilməsi olub.
"Ramiz Mehdiyevin ən yaxın silahdaşlarından olan Əli Həsənovun o dövrdə tətbiq etdiyi bəzi ideoloji və mədəni məhdudiyyətlər bu gün də öz təsirini saxlayır. Belə ki, Türkiyə serialları və filmlərinin Azərbaycan tamaşaçısına hələ də tərcümə olunaraq təqdim edilməsi həmin siyasətin davamı kimi qiymətləndirilir".
Onun sözlərinə görə, bütün bu faktlar Ramiz Mehdiyevin Türkiyə və türk dövlətlərinə münasibətinin açıq göstəricisi olub və bu mövqe təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də yaxşı məlum idi.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 26 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 xeberler bu qun bu gune olan xeberler havanın temperaturu