Mehdiyevlə bağlı daha bir AÇIQLAMA: "Ciddi təhdiddir, çünki..."
"Ramiz Mehdiyevin 87 yaşında belə təsir imkanına malik olması onun Azərbaycan siyasi sistemindəki dərin köklərini göstərir".
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Əli Mustafa səsləndirib.
"Ramiz Mehdiyev yarım əsrdən çox təcrübəyə malikdir. O, Azərbaycan Kommunist Partiyasında, daha sonra müstəqil Azərbaycanın ali dövlət strukturlarında yüksək vəzifələrdə çalışıb. Bu illər ərzində böyük təcrübə, səriştə və ən əsası, geniş komanda formalaşdırıb. Onun ətrafında ciddi siyasi auditoriya toplanıb, çoxsaylı insanlara vəzifələr verib," – deyə Əli Mustafa qeyd edib.
Politoloqun sözlərinə görə, Mehdiyevin siyasi sistemdəki mövqeyi uzun illər ərzində formalaşmış dərin təsir əlaqələrinə söykənir:
"Bu məsələ ilə bağlı ölkə daxilində uzun müddətdir diskussiya mövcuddur. Dövlət orqanları daxilində iranyönlü və rusiyayönlü şəbəkələrin mövcudluğu Azərbaycanın təhlükəsizliyi və milli maraqları baxımından ciddi təhdiddir. Nəhayət, dövlət bu problemi gündəmə gətirib. Burada əsas məsələ fərdlər deyil, sistemin yenilənməsidir," – deyə o, vurğulayıb.
Əli Mustafa hesab edir ki, Azərbaycan yeni dünya düzəninə qədəm qoymaq istəyirsə, köhnə komanda ilə bu, mümkün görünmür:
"Yeni dünya düzənini anlayır və onun bir parçası olmaq istəyiriksə, komanda da dəyişməlidir. Köhnə, Rusiyaya bağlı dairələrdən qurtularaq yeni güc mərkəzlərində mövqe tutmaq lazımdır. Bu baxımdan hazırda baş verən proseslər məntiqlidir və gec də olsa, atılmalı olan addımlar idi."
Müşviq Tofiqoğlu
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib