Məhkəmə Azərbaycanın keçmiş Baş prokuror müavini ilə bağlı qərar verdi

Məhkəmə Azərbaycanın keçmiş Baş prokuror müavini ilə bağlı qərar verdiMəhkəmə Azərbaycanın keçmiş Baş prokuror müavini ilə bağlı qərar verdi
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmmədvəli Cəfərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 
Oxu.Az xəbər verir ki, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
Qərara əsasən, M.Cəfərovun apellyasiya şikayəti təmin edilməyib. 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Cəfərov altı il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.
İttihama görə, Vəkillər Kollegiyasının üzvü olan M.Cəfərov zərərçəkmiş Rəşad Yusifovun etibarından sui-istifadə edərək, ona qarşı külli miqdarda dələduzluq edib.
Belə ki, o, R.Yusifovun həbsdə olan atası Rəhman Yusifovu Ali Məhkəmədən azadlığa buraxdıracağını vəd verib və ondan 150 min manat pul alıb. Lakin sonradan M.Cəfərov verdiyi vədə əməl etməyib.
Zərərçəkmişin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.Cəfərov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Xatırladaq ki, M.Cəfərov Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin 4 avqust 1992-ci ildə imzaladığı sərəncama əsasən, Baş prokurorun müavini təyin edilib. O, bir neçə ay bu vəzifədə çalışıb. /oxu.az

Sosial       Tarix: 11 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir


yeni xeberler son xeberler azerbaycan xeberleri krimnal bugun en son xeberleri xeber cəbhədən son vəziyyət