Mehriban Əliyeva Əlibaba Məmmədovu "Şərəf" ordeni alması münasibətilə təbrik edib - FOTO
Mehriban Əliyeva Əlibaba Məmmədovu "Şərəf" ordeni alması münasibətilə təbrik edib - FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və "Şərəf" ordeni alması münasibətilə paylaşım edib.
Paylaşımda deyilir: "Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və "Şərəf" ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova bütün xalqımızın böyük sevgi və hörmətini qazandırmışdır. Zəngin təcrübəsindən istifadə edərək yeni xanəndələr nəslinin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyən Əlibaba Məmmədovun muğam ifaçılığı məktəbinin inkişaf etdirilməsində böyük xidmətləri var.
Bu əlamətdar gündə sevimli xanəndəmizə ən xoş arzularımı çatdırır, ona möhkəm cansağlığı və doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram".
/oxu.az
f Paylaş
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı