Mehriban Əliyeva — insanlığa həsr edilmiş ömür

Mehriban Əliyeva — insanlığa həsr edilmiş ömürBu gün Mehriban xanım Əliyevanın doğum günüdür. O, Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti olsa da xalq hər şeydən öncə onu ana obrazında qəbul edir, hər çətinlikdə, sevincdə və kədərdə ona üz tutur. Bu, Mehriban xanım Əliyevanın humanist, xalqına bir ana kimi yanaşması və bütün insanları, insanlığı üzləşdiyi çətinlikdən xilas etmək istəyindən qaynaqlanır.
Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəlidir. O, hər şeydən öncə Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Azərbaycanın uğrunda işləyir, mübarizə aparır.
O, Birinci vitse-prezident kimi dövlət maraqlarının müdafiəsi, Azərbaycanın güclənməsi naminə çalışır. 
Birinci xanım kimi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan uğrunda böyük mübarizəsinə dəstək verir. Heydər Əliyev Fondunun rəhbəri kimi mədəniyyətimizin inkişafından tutmuş humanitar layihələrə qədər genişmiqyaslı fəaliyyət portfelini həyata keçirir. Və bütün fəaliyyətində bir əsas prinsip var - insanları sevindirmək, kədəri sevincə çevirmək!
Mehriban Əliyeva dedikdə, Azərbaycan xanımının siması göz önündə canlanır. Ana kimi şəfqətli və xalqının xoşbəxtliyini hər şeydən üstün tutan xanım. Mehriban Əliyevanın fəaliyyətinə nəzər yetirdikdə Azərbaycanın maraqları naminə müxtəlif sahələrdə böyük uğurlara imza atdığının şahidi oluruq və bunu bütün dünya bilir. Mehriban Əliyevanın titanik fəaliyyətini onlarla, yüzlərlə kitabla əhatə etmək olar. Bir yazıda yalnız bir neçə ştrixə toxunmaq mümkündür.
2004-cü ildə fəaliyyətə başlayan Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan tarixinin, mədəniyyətinin qorunmasını, xaricdə təbliğ edilməsi, həmçinin, ölkənin müxtəlif sferalarında mühüm layihələrin həyata keçirilməsi kimi titanik işlər görüb. "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi", Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyata malik Qan Bankının yaradılması kimi layihələrlə minlərlə uşağa yeni həyat verib. Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Amnistiya aktları minlərlə ailəyə sevinc bəxş edib. Heydər Əliyev Fondu tərəfindən ölkədə 500-ə yaxın yeni məktəb inşa olunub, uşaq bağçaları əsaslı təmir edilib. Mədəniyyət abidələrinin bərpası, qorunması və mədəniyyətimizin təbliği istiqamətində mühüm addımlar atılıb. Azərbaycan musiqi incilərinin qorunub saxlanılması və dünya musiqi inciləri sırasında yer alması, Azərbaycanı tanıdan incəsənət festivalları və sərgilərin keçirilməsi kimi işlər reallaşdırılıb. Nəhəng sosial layihələr, ekoloji layihələr, idman sahəsində görülən işlər məlumdur. Bütün bunları saydıqca bitirmək mümkün deyil.
Mehriban Əliyevanın fəaliyyətində ən önəmli məqamlardan biri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan mübarizədə əhəmiyyətli rol oynaması, Prezident İlham Əliyevlə çiyin-çiyinə vuruşmasıdır. İşğal dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Xocalı soyqırımının tanınması istiqamətində böyük işlərə imza atıb. Vətən müharibəsinin getdiyi günlərdə yaralı hərbçilərimizə dəstək verib, tarixi zəfər qazandıqdan sonra şəhid ailələri və qazilərin qayğısına qalıb, onlar üçün bir ana olub. Cəbhədəki əsgərlərimizə lazım olan bütün dəstəyi verib. Və bu gün də Azərbaycan uğrunda, dövlətimiz və xalqımız naminə fəaliyyət göstərir. 
Mehriban xanım Əliyeva fəaliyyəti boyunca bir çox mühüm tədbirlərin xaricdə və daxildə təşkilatçılığını uğurla həyata keçirib. Misal üçün, 2012-ci ildə Mehriban Əliyevanın təşkilatçılığı ilə Bakıda keçirilən "Eurovision-2012" mahnı müsabiqəsi tarixə düşdü. Hətta, müsabiqənin müəllifləri bundan sonra heç bir ölkənin bu cür möhtəşəm təşkilatçılığa nail ola bilməyəcəyini açıq şəkildə vurğulayırdılar. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunlarının Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva idi. Onun sayəsində Azərbaycan həm açılış, həm oyunların təşkili, yarışlar boyunca həyata keçirilən işlər, həm də bağlanış mərasimləri ilə adını dünya idman tarixinə qızıl hərflərlə yazdırdı. 
Mehriban Əliyeva beynəlxalq arenada mədəniyyətin qoruyucusu  və siyasətdə xanımların örnəyi olaraq tanıyır. O, məhz bəşəri mədəniyyətin qorunması işinə görə "Qızıl Motsart" medalına layiq görülüb. Onun təşəbbüsü ilə indiyə qədər dünyanın müxtəlif yerlərində onlarla mədəniyyət abidəsi bərpa edilib, yüzlərlə uşaq nicat tapıb.
Bəşəri dəyərlərin, humanizmin simvolu Mehriban Əliyevanın fəaliyyəti təkcə Azərbaycanda yox, bütün dünyada həyata keçirdiyi xeyirxah işlər onu bu ada layiq görür. Mehriban Əliyevanın bütün fəaliyyəti boyunca bir prinsip əsas xətlə seçilir: Azərbaycanın maraqlarının qorunması, Azərbaycan xalqının xoşbəxtliyi, humanizm, xeyirxahlıq, insanlara sevinc bəxş etmək və saydıqca bitməyən gözəl işlər. 
Onu beynəlxalq aləmdə "Kədəri sevincə çevirən insan" olaraq qiymətləndirirlər. Çünki insanlar həm də bütün insanlıq üçün mübarizə aparır, təkcə Azərbaycanda yox, dünyanın müxtəlif guşələrində kədərləri öz şəfqətli toxunuşu ilə sevincə çevirir.
Vasif Həsənli
Demokrat.az xəbər portalının rəhbəri / azxeber.com

Siyasi       Tarix: 26 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber 2026 sou biznes xeber.az 2026 xeber.az bu gun