Mehriban Vəliyeva: Xankəndi Azərbaycan gəncləri ilə daha gözəl, daha parlaq görünür

Mehriban Vəliyeva: Xankəndi Azərbaycan gəncləri ilə daha gözəl, daha parlaq görünür2023-cü il oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində Azərbaycanın Dövlət Bayrağının ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi idi. Zəfərimizi tamamlamaqla ölkəmizdə separatizm, işğal səhifəsini tam bağlamış olduq. Ümumiyyətlə, Azərbaycanın Xankəndiyə sahiblənməsi siyasi məharətin, diplomatik və hərbi gücümüzün birliyinin nəticəsində mümkün oldu. Bunu inanılmaz və ya gözlənilməz qələbə kimi qələmə verənlər də var. Hətta ermənilər və onların havadarları hesab edirdilər ki, Azərbaycan ən azı 2025-ci ilə qədər Xankəndiyə nəzarəti təmin edə bilməyəcək. Amma Ali Baş Komandanın siyasi iradəsi bizə möcüzəvi qələbə bəxş etdi.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, bayrağımızın Xankəndidə ucaldılacağına hər kəsdən öncə Prezident inanırdı: "Prezident İlham Əliyev vəzifə borcunu yerinə yetirməyə başlayanda qarşısında bir nömrəli vəzifə qoymuşdu ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə ucaldılsın. Dövlət səviyyəsində həyata keçirilən daxili və xarici siyasətin əsas hədəfi suverenliyimizin təmin olunmasına yönəlmişdi. Ola bilsin ki, o zaman əksəriyyət aparılan siyasətin, islahatların, hərbi quruculuq işlərinin mahiyyətini o qədər də anlamırdı, detalları bilmirdi. Zaman siyasi fəaliyyətin nəyə hədəfləndiyini aydın göstərdi. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Güclü iqtisadi sistem qurduq. Nizami və peşəkar ordumuz Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu gün təkcə Azərbaycan vətəndaşları deyil, dünyada yaşayan on milyonlarla azərbaycanlı və bütövlükdə Türk dünyası Azərbaycan Ordusu ilə fəxr edir. Ordumuz hələ 2020-ci ilin noyabrında Xankəndiyə daxil olacaqdı. Alınmaz qala hesab olunan Şuşanı azad edən hərbçilərimiz Xankəndinin bir addımlığında idilər və irəliləyirdilər. Ermənistanın siyasi rəhbərliyi başa düşdü ki, azı 20 minlik erməni ordusu Qarabağda məhv ediləcək. Ona görə də əməliyyatların dayandırılması xahişi ilə çıxış etdi və kapitulyasiya aktı imzaladı. Ağdam, Kəlbəcər və Laçına güllə atmadan sahib olduq. Biz bununla kifayətlənə bilməzdik. Xankəndisiz, Xocalısız qələbəmiz yarımçıq olardı. Tarixi gün yetişdi. Ordumuz 2023-cü il sentyabrın 19-da 24 saatlıq antiterror tədbirləri həyata keçirərək bütün Qarabağa nəzarəti təmin etdi. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Ermənistan bu əməliyyatı unutmasın, Azərbaycan Ordusunun nəyə qadir olduğunu unutmasın. Silahlanmaq niyyətindən, separatçılıq mövqeyindən əl çəksin. Unutmasın ki, havadarları onu məhvə sürükləyir".
Deputat qeyd edib ki, 30 il ərzində Azərbaycan xalqı böyük faciələr yaşadı: "Bir milyon insan evsiz-eşiksiz qaldı, işğal altında olan ərazilərimiz tamamilə dağıdıldı. Azad edilmiş torpaqlara bu gün gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Orada bir dənə salamat bina qalmayıb. Dünya birliyi bu müddət ərzində Azərbaycana lazımi səviyyədə dəstək göstərmədi. Bir sıra hallarda isə beynəlxalq təşkilatlar, xarici dövlətlər Ermənistanı müdafiə etməyə üstünlük verdilər, Bakını kompromisə dəvət etdilər.
İndi də ABŞ Dövlət Departamenti bir qrup Amerika ermənipərəst konqresmenləri tərəfindən irəli sürülən sanksiya tələbləri ilə Qərbin ikili siyasət oyununu nümayiş etdirərək Azərbaycana COP29 ərəfəsində təhdid və təzyiqlərlə təsir etmək istəyir. Digər tərəfdən, Beynəlxalq Frankofoniya Təşkilatında Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana qarşı müddəalarını yeritmək istəyir. Moskvada MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının görüşündə isə Ermənistan iki mühüm bəyanatı - "Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri" və "Beynəlxalq münasibətlərdə birtərəfli münasibətlərin yolverilməzliyi" bəyanatlarını imzalamır. Ermənistanın separatçı mövqeyi və sülhə dair hoqqabazlığı burada da özünü göstərir. Qarabağ üzrə aparılan danışıqlarda Azərbaycan Prezidenti heç vaxt suverenliyimizə xələl gətirəcək razılaşmaya "hə" demədi, düşmənə heç bir güzəştdə getmədi və getməyəcək də. Çünki Prezidentin arxasında xalq durur. Elə Milli Məclisin bir qrup deputatının Azərbaycanın xarici işlər nazirinə müraciəti də bütövlükdə xalq və iqtidar iradəsinin ifadəsidir. Nə ABŞ-ın, nə Fransanın, nə də Ermənistanın revanşist münasibəti bizi öz yolumuzdan çəkindirə bilməz.
Ulu Öndər Heydər Əliyev Azərbaycana hələ birinci dəfə rəhbərlik edəndə Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyinin separatçı fəaliyyətinə imkan verməmişdi. Yalnız o, hakimiyyətdən gedəndən sonra erməni separatizmi yenidən baş qaldırdı. AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi üzündən ermənilər Azərbaycan ərazilərini işğal etdilər. Ulu Öndər ikinci dəfə hakimiyyətə gələndən sonra ermənilərin işğalçılıq fəaliyyətinin qarşısını aldı və işğal olunmuş ərazilərin geri qaytarılması üçün həm hərbi, həm diplomatik müstəvidə mübarizəni davam etdirdi. 1994-cü ilin yanvar ayında Füzulinin bir neçə kəndi işğaldan azad olundu. Təəssüflər olsun ki, AXC-Müsavat cütlüyü dövründə tamamilə sıradan çıxmış ordu sistemini yenidən qurmaq üçün zamana ehtiyacımız vardı. Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Azərbaycanda nizami ordu qurdu, peşəkarlardan ibarət silahlı birləşmələr yaradıldı. Bu cür uzaqgörən, düşünülmüş siyasətin nəticəsi olaraq ordumuz Ermənistan üzərində parlaq tarixi Qələbə qazandı. Bu gün Azərbaycan suveren dövlətdir. Şuşada, Xankəndidə dalğalanan üçrəngli bayrağımızın altında özümüzü qürurlu, güclü, xoşbəxt sayırıq. Ötən ilə qədər separatçıların at oynatdığı Xankəndidə bu gün gənclərimiz təhsil alırlar. Xankəndidə qısa müddət ərzində Qarabağ Universitetinin yaradılması və istifadəyə verilməsi olduqca qürurvericidir. Hələ Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin məhz Qarabağ Universitetini seçməsi, 1200 tələbə ilə universitetin fəaliyyətə başlaması gəncliyimizin ruhunu, öz torpaqlarına, öz Vətəninə sahib çıxmaq əzminin ifadəsidir. Doğrudan da, Xankəndi üçrəngli bayrağımızla, Azərbaycan gəncləri ilə daha gözəl, daha parlaq görünür" / azxeber.com

Siyasi     Baxılıb: 553   Tarix: 15 oktyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev İranın müdafiə nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, dövlətimizi

Emin Əmrullayev BƏƏ-də Dünya Hökumət Sammitində iştirak edib

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin insan resursları və əmirlik naziri, ali təhsil və elmi tədqiqatlar naziri vəzifəsini icra edən Abdulrahman Al Avarın dəvət

KQB agenti və dələduz Konstantin Zatulin

Zatulinlə bağlı 1-ci yazıda "dosye", "kompromat" və  "InformNapalm" saytlarına istinadən ("UkrainianCyberAlliance",  "CyberXunta" haker qruplarının ötürdükləri materialla

İlqar Mikayıloğlunun niyə əməliyyat olunduğu məlum oldu

Aparıcı İlqar Mikayıloğlunun hansı səbəbdən əməliyyat olunduğu məlum olub. KONKRET.azxəbər verir ki, bu barədə "Günə bax" verilişində məlumat açıqlanıb. Bildirilib ki, aparıcının Birinci  Qarabağ müharibəsində yaralanmas

Tokayev: Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir

Sülh sazişi istiqamətində Azərbaycanın və Ermənistanın əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir.  xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Zayed İnsan Qardaşlığı Mükafatı"nı

Prezident: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı hazırda dünyanı

İran razılaşmaya hazırdır, ABŞ isə... - Tramp

Vaşinqton hesab edir ki, Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməyə can atır. Lakin ABŞ razılaşmaya nail olmağa tələsmir. KONKRET.azxəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasınd

Rus ordusu "kor" oldu: Ukrayna sürətlə hazırlaşır

Cəbhədən daxil olan məlumatlar Rusiya hərbi bölmələrinin idarəetmə qabiliyyətində çox ciddi dərəcədə zəifləmə olduğunu göstərir. Rusiya qüvvələrinin "Starlink" peyk rabitəsindən məhrum qalması ilə bağlı xəbərlə

Hindistanın yeni səfiri Azərbaycana gəldi

Hindistanın yeni təyin olunmuş səfiri Abhay Kumar Azərbaycana gəlib. Diplomat artıq vəzifəsinin icrasına başlayıb. /


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər valyuta mezenesi kriminal bugun xeberler