Mehriban Zeynalova: "Əməyimin yüksək qiymətləndirilməsi məni çox sevindirir
Mehriban Zeynalova: "Əməyimin yüksək qiymətləndirilməsi məni çox sevindirir"
"Bu mənim üçün ən böyük bayram hədiyyəsi oldu. Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm".
Oxu.Az xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif edilən "Təmiz Dünya" Mərkəzinin rəhbəri Mehriban Zeynalova deyib.
O bildirib ki, qadın hüquqları müdafiəsi sahəsində Beynəlxalq Qadınlar Günü ərəfəsində dövlət başçısından təltif almaq xoş duyğudur:
"Bu günə qədər heç bir qarşılıq gözləmədən dövlətimə xidmət etmişəm. Əməyimin Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilməsi məni çox sevindirir. Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Bu cür qiymətləndirilmək insanı həm sevindirir, həm də üzərinə daha böyük məsuliyyət qoyur.
Bundan sonrakı fəaliyyətimdə də cənab Prezident İlham Əliyevin mənə verdiyi yüksək dəyəri stimul olaraq qəbul edəcək, ölkəm, vətənim və millətim üçün daha da faydalı olmaqla bağlı vicdanım qarşısındakı sözümü bundan sonra da tutmağa çalışacağam. Hər kəsə təşəkkür edirəm".
Könül Cəfərli

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var