Meksika Konqresi Azərbaycan xalqını təbrik etdi
Meksika Deputatlar Palatasının bir sıra üzvlərinin təşəbbüsü ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanlanmış təbrik bəyanatı qəbul edilib.
Bu barədə Azxeber.com-a Azərbaycanın Meksikadakı Səfirliyindən məlumat verilib.
Bəyanatda "bu il qardaş ölkə Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyini qeyd etdiyi" deyilir, bu müddət ərzində Azərbaycanın uğurlu inkişaf yolu keçərək beynəlxalq aləmdə güclü və mütərəqqi bir dövlət kimi öz yerini tutduğu, eyni zamanda Latın Amerikası regionunda diplomatik varlığını artıraraq region ölkələri, o cümlədən Meksika ilə dostluq və əməkdaşlıq əlaqələri qurduğu bildirilir.
Sənəddə Azərbaycanın hazırda öz səylərini məcburi köçkünlərinin öz evlərinə ləyaqətli və təhlükəsiz şəkildə qayıdışını təmin etmək üçün azad olunmuş ərazilərinin yenidən qurulması, eləcə də Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin təmin olunmasına yönəltdiyi qeyd edilir.
Sonda Azərbaycan xalqına müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə təbrik ifadə olunur, eyni zamanda vətəninin ərazi bütövlüyü uğrunda həlak olmuş soydaşlarına görə başsağlığı çatdırılır.

Xidmetler [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı