Məktəbin bağlanmasına səbəb olan xəstəliyin təhlükəsi artır - XƏBƏRDARLIQ
"Qızılca xəstəliyi, əslində, çox təhlükəlidir. Çünki immun sisteminə təsir edərək zədələyir".
KONKRET.az xəbər verir ki, bu barədə "Trend"in suallarını cavablayarkən infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
"Bunun qarşısını almaq üçün peyvənd olunmaq mütləqdir. Peyvənd çox gərəkli olduğu halda valideynlər bundan yayınırlar. Şayiələr var ki, guya peyvəndlər ziyanlıdır. Bu şayiələr çox təhlükəlidir, çünki valideynləri peyvənddən uzaqlaşdırır. Onlar düşünməlidirlər ki, peyvəndlə uşaqların gələcək sağlamlığını qoruya bilərlər.
Hətta qızılcanın ağırlaşmaları olur və ölüm halı baş verə bilər. Bu baş verməsə belə, xəstəliyə yoluxub sağalandan sonra uşağın immun sistemində problem yaranır və orqanizmi növbəti viruslara qarşı zəif olur", – deyə o bildirib.
İnfeksionist qeyd edib ki, böyüklər də qızılcaya qarşı həssas olurlar:
"İnsan uşaqlıq dövründə keçirməyibsə, yoluxma halı ola bilər və xəstəliyi ağır keçirəcək".
Qeyd edək ki, Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın kütləvi yayılmış qızılca xəstəliyi səbəbindən fəaliyyətini müvəqqəti dayandırdığı bildirilir. Elm və Təhsil Nazirliyi də faktı təsdiqləyib.
Xatırladaq ki, Səhiyyə Nazirliyi 2023-cü ilin əvvəlindən başlayaraq Avropa regionunda, həmçinin, qonşu ölkələr olan Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan və Gürcüstanda qızılca xəstəliyinin yayılmasının müşahidə olunduğunu bildirib.
Bununla əlaqədar cari ilin ötən dövrü ərzində digər ölkələrdən gətirilmə hadisələrdən qaynaqlanan qızılca infeksiyasına yoluxma halları, əsasən, peyvənd olunmayan uşaqlar arasında yayılmaqla, Azərbaycanda da qeydə alınıb.
Məhz bu səbəbdən də, ölkədə qüvvədə olan "Profilaktik peyvəndlər təqvimi"nə əsasən, uşaqların bir sıra yoluxucu xəstəliklərə, o cümlədən, qızılcaya qarşı vaksinasiyası həyata keçirilir.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var