Məmmədyarov Mnatsakanyanla görüşün çətin keçdiyini bəyan etdi
Məmmədyarov Mnatsakanyanla görüşün çətin keçdiyini bəyan etdi
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından söz açıb.
Oxu.Az-ın xəbərinə görə, E.Məmmədyarov ötən gün Bratislavada ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşdən danışıb.
Nazir görüşün üç saat davam etdiyini və müzakirələrin çətin keçdiyini bildirib.
"ATƏT Minsk Qrupu ilə müzakirə etdiyimiz məsələ münaqişənin mərhələli şəkildə həlli ilə bağlı yanaşmadan ibarətdir. Əlbəttə ki, birinci addım münaqişənin başlıca fəsadlarının aradan qaldırılmasıdır", - deyə E.Məmmədyarov əlavə edib.
O deyib ki, bunun üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində vurğulandığı kimi, Ermənistan silahlı bölmələri Qarabağ regionundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılmalıdır.
Xatırladaq ki, dekabrın 4-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirilib.
Tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb.
Eyni zamanda, nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı