"Mən də təklif edirəm ki, Jirinovskinin Azərbaycana gəlişinə qadağa qoyulsun" - Deputat

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi Azərbaycanın Belarus, Moldova və Pakistandakı sabiq səfiri İsfəndiyar Vahabzadəyə bu ölkənin ərazisinə 50 illik müddətinə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.
Bu barədə TASS-a Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən bildirilib.
Nazirliyin xəbərində deyilir: "Bu gün Qazaxıstan Respublikasının vətəndaşı Kuat Əhmədova və Azərbaycan Respublikasının vətəndaşı İsfəndiyar Vahabzadəyə internet şəbəkəsində millətlərarası ədavəti qızışdıran fikirlər səsləndirdiklərinə görə Rusiya Federasiyasına 50 il müddətinə girişinə icazə verilməməsi haqqında qərarlar qəbul edilib".
Məsələ ilə bağlı Azxeber.com-a fikirlərini bildirən Milli Məclisin deputatı Fəzail Ağamalı Jirinovskinin müxtəlif tərəflərə görə Azərbaycanı aşağılaması və təhqiramiz fikirlər səsləndirməsinin qətiyyən yolverilməz olduğunu bildirib:
"Jirinovskinin son açıqlamalarına münasibət bildirərkən də kəskin mövqe tutdum. Onun xəstə təxəyyülə, psixi pozğunluğa söykənən bu cür açıqlamalarının davamlı xarakterli olmasının təsadüfi hesab etmədim. Bunun əslində Rusiyada fəaliyyət göstərən millətçi və digər xalqlara, millətlərə qarşı aşağılayıcı anti-imperyalist mövqe tutan baxışların ifadəsi kimi qiymətləndirdim və bu gün də o fikirdəyəm. Bu cür insanın müxtəlif tərəflərə görə Azərbaycanı aşağılaması və təhqiramiz fikirlər səsləndirməsi qətiyyən yolverilməzdir. Təsadüfi deyil ki, Xarici İşlər Nazirliyi də haqlı olaraq məsələyə kəskin mövqe nümayiş etdirdi. Doğrudur, sonradan Jirinovski guya peşmanlığını ifadə edən açıqlama verdi. Əlbəttə, bu, kifayət deyil. Jirinovskiyə heç kim təminat verə bilməz ki, müəyyən zaman keçəndən sonra Rusiyadakı müəyyən siyasi dairələrin sifarişlərinə uyğun olaraq və ya ermənilərin ona vermiş olduğu pul hesabına yenə də Azərbaycanı aşağılamasın. Ona görə mən də təklif vermişdim ki, Jirinovskinin Azərbaycana gəlişinə qadağa qoyulsun. Yəni onun Azərbaycana girişinə imkan verilməsin. Mən də bu fikirdəyəm ki, Jirinovski kimilər Azərbaycana söyləmiş olduğu fikirlərə görə layiqli cavabını cəmiyyətimiz tərəfindən də alır. Xarici İşlər Nazirliyi də ciddi bir addım atdı, bu da alqışlanası və təqdirəlayiq addımdır". 
Fəzail Ağamalı onu da qeyd edib ki, Rusiyada Jirinovski kimi SSRİ-nin bərpasını arzulayan şəxslər var:
"Jirinovski sifarişlərlə hərəkət edən, danışan bir personadır. Bir tərəfdən özünün dediyi kimi, söykənmiş olduğu millətçi tərəfdarlarının fikirlərini ifadə edir. Rusiyada daha çox kəskin düşüncələrlə yaşayan, SSRİ-nın bərpasını arzulayan və vaxtilə SSRİ-nin tərkibində yaşayan indi müstəqil dövlətlər olan ölkələri aşağılayan şəxslər var. Onlardan da biri Jirinovskidir. Eyni zamanda Jirinovski həm də özünün bitib tükənməyən nəfsini, pula olan təminatını ödəmək üçün ermənilərdən də sifariş alır. Yəni Jirinovski əslində bu cür aventuranın içərisindədir". 
Onu da qeyd edək ki, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə dəvət olunub.
Xarici İşlər Nazirliyindən görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin "Komsomolskaya Pravda" radiosunun "İtoqi s Jirinovskim" proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etirazımız müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.
Aydın Nuri

Sosial       Tarix: 13 avqust 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal maraqlı xəbərlər sonxeberler en yeni xeberler