Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Proqramı 10 ildir uğurla icra olunur - FOTO

Menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Proqramı 10 ildir uğurla icra olunur - FOTOKiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nın 10 illiyinə həsr olunmuş tədbir keçirilib.
KOBİA-dan Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslər, proqramdan yararlanaraq Almaniyada təlim və təcrübə keçmiş sahibkar və menecerlər, eləcə də KİV nümayəndələri, ümumilikde 200-den çox iştirakçı iştirak edib.
Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Almaniyanın Azəraycandakı səfiri Volfqanq Maniq, Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyinin nümayəndəsi Haynts Hetmayer və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığına və əlaqələrin genişləndirilməsi perspektivlərinə, yerli və alman şirkətləri arasında əməkdaşlığa, "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı"nın icrasına və sahibkarlar üçün faydasına dair fikirlərini bölüşüblər.
Proqrama və gələcək əməkdaşlığa dair müzakirələrin aparıldığı və müxtəlif təkliflərin səsləndirildiyi tədbirdə satış və marketinq sahəsində yeni texnologiyalara, innovasiyalara, Azərbaycan və Almaniyada startap hərəkatına, yeni ideyaların reallaşdırılmasına, menecment sahəsində dəyişikliklərin idarə olunmasına dair mövzularda panel iclaslar da keçirilib.
Tədbir çərçivəsində proqramın uğurlu nəticələrinin əyani şəkildə nümayiş olunduğu, proqramdan faydalanmış sahibkar və menecerlərin məhsullarından ibarət sərgi ilə tanış olublar.
2009-cu ildən icra olunan "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi tərəfindən həyata keçirilir. Proqramın əlaqələndiricisi Azərbaycan tərəfindən KOBİA, Almaniya tərəfindən isə GİZ-dir. 10 il ərzində proqramdan 422 sahibkar və menecer yararlanıb ki, onlardan 88-i qadındır. 50%-ə yaxını KOB-lar olan proqram çərçivəsində 2009-2019-cu illərdə 60-dan çox tədbir, təlim, seminar və tanışlıq səfərləri təşkil olunub. Proqramda iştirak edənlərin 44%-i xidmət, 26%-i istehsal, 23%-i ticarət, 7%-i isə digər sahələrdə fəaliyyət göstərən sahibkar və menecerlərdir. Proqram çərçivəsində Almaniya şirkətləri ilə ikitərəfli əlaqələr quran Azərbaycan şirkətləri indiyədək əməkdaşlığa dair 350-dən çox müqavilə imzalayıblar.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 30 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari son xeber az valyuta en son xeberler