"Mənim nəyim var ki..." - Deputatlığa namizədlər əmlak bəyannaməsi təqdim ediblər?

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq hər bir namizəd Dairə Seçki Komissiyasına bəyannamə təqdim etməlidir. Sənəddə onun adına olan daşınan və daşınmaz əmlaklar açıq şəkildə qeyd edilməli, eyni zamanda gəlirləri də açıqlanmalıdır.
Bəs iddialı namizədlər qanunvericiliyin bu tələbinə necə əməl edir?
KONKRET.az bu suala cavab tapmaq məqsədilə iddialı deputatlığa namiəzdlərin bir neçəsi ilə əlaqə saxlayıb.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib ki, əgər namzəd qeydə alınıbsa, deməli bütün sənədlər yerli-yerindədir:
"Bildiyimiz kimi, seçki komissiyası qanunvericiliyə uyğun olaraq iddiaçılarla bağlı müvafiq qurumlara sorğu göndərir. Biz də qanunvericiliyin tələbinə uyğun olaraq tələb olunan bütün məlumatları seçki komissiyasına təqdim etmişik. Verdiyimiz məlumatın doğruluğu təsdiq edildikdən sonra namizədə imza vərəqələri verilir. Ona görə də bu sahədə hər hansı bir problem yoxdur. Qeydə alınma da bunun əsasında həyata keçirilir".
Ağ Partiyanın başqanı Tural Abbaslı da tələb olunan bütün məlumatları təqdim etdiyini deyib:
"Deputatlığa namizəd daşınan və daşınmaz əmlak barədə, hətta gəlirlərlə bağlı da seçki komissiyasına məlumat verməlidir. Mən dördüncü dəfə namizəd oluram. Hər dəfə də zəruri məlumatları təqdim etmişəm. Nəzərinizə çatdırım ki, mənim adıma hansısa daşınmaz əmlak və ya avtomobil yoxdur. Çünki yoxumdur. Olanım ancaq 2 bank kartıdır. Onların da illik çıxarışını təqdim edirik. Vəssalam. Zatən bizim yaşayışımız insanların gözü qarşısındadır. Qoy, bu məsələ milyonları olanları düşündürsün".
REAL Partiyasının sədr müavini Natiq Cəfərli namizədlərin əmlakı haqqında məlumatların imzatoplama kampaniyasının sonunda təqdim ediləcəyini bilıdirib:
"Mən buna qədər 3 dəfə seçkilərdə iştirak eləmişəm. Hər dəfə də olan əmlaklarım barədə məlumatları DSK-ya təqdim etmişəm. Bu gün imzatoplama kampaniyasını başa çatdırıram. Yəqin ki, topladığım imzalarla birgə əmlakım barədə məlumatı da DSK-ya təqdim edəcəm. Amma mətbuata hər zaman açıq olan şəxs kimi deyə bilərəm ki, mənim müştərək avtomobilim və mənzilim var. Yəni hər iki əmlak həyat yoldaşımın adına olsa da, onlardan ikimiz də istifadə edirik. Öz adıma isə heç bir daşınan və daşınmayan əmlak yoxdur".
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin cavabı qısa olub:
"Mənim nəyim var ki? Bir mənzilim var, bir də pensiya kartım. Onları da qanunvericiliyin tələbinə uyğun olaraq bəyan etmişəm. Başqa heç nəyim yoxdur".
Natiq Səlim
KONKRET.az

Siyasi       Tarix: 25 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl


yeni xeberler azerbaycan xeberleri son xeberler hava haqqinda kriminal xeber sou xeberler bugun qurban bayrami 2026