Mənim qolum, qanadım Aydanım' - İbrahimdən Aydana doğum günü təbriki
"Mənim qolum, qanadım Aydanım. Səninlə nəfəs alırıq, mən və balaca Mehriban".
azxeber.com xəbər verir ki, bu sözləri aktyor İbrahim Çingiz həyat yoldaşı Aydan Çingizin ünvanına yazıb.
Aktyor, həyat yoldaşını doğum günü münasibətilə təbrik edərək hisslərini bölüşüb:
"Sənin kimi gözəl yaza bilməsəm də, ürəyimdə olanları çox yaxşı bilirsən. Bir arzum var ki, həmişə birlikdə olaq və bir qocalaq, bundan başqa bizə nə lazımdır axı? Yaxşı ki, varımsan. Əgər bu həyatı bir neçə dəfə yaşayırıqsa, əminliklə deyə bilərəm ki, mən sənin sayəndə ən yaxşı həyatımı yaşayıram. Sənin dəstəyini hər an, hər saniyə hiss edirəm. Mən də sənin bütün arzularını Allahın köməyi ilə həyata keçirəcəyəm. Doğum günün mübarək, nəfəsim".
Xatırladaq ki, İbrahim Çingiz Əməkdar artist Çingiz Əhmədovun oğludur, Aydan Axundzadə isə aktrisa Fidan Axundovanın bacısıdır. Onlar 2021-ci ildə ailə qurublar. Cütlüyün Mehriban adlı bir qız övladı var.
Aysel
Xidmetler [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır