Mənsum İbrahimov: "Arif müəllimin xeyir-duası ilə mənə etimad etdilər" - AÇIQLAMA + FOTO

Mənsum İbrahimov: Mənsum İbrahimov: "Arif müəllimin xeyir-duası ilə mənə etimad etdilər" - AÇIQLAMA + FOTO
"Muğam kafedrasına müdir vəzifəsinə kənardan gəlməmişəm".
Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri vəzifəsinə təyin olunan Xalq artisti Mənsum İbrahimov deyib.
Muğam ifaçısı təyinatın onun üçün gözlənilən olduğunu qeyd edib:
"Öncə təbriklərə görə hər kəsə təşəkkür edirəm. Minnətdarlığımı bildirirəm. Onu qeyd etmək istəyirəm ki, Arif müəllim bizim hamımızın ağsaqqalıdır. O, konservatoriyada professor olaraq saxlanılıb. Çünki ona hər zaman ehtiyacımız var".
M.İbrahimov Arif Babayevin yaşı və səhhətinə görə, vəzifədən özünün ayrıldığını qeyd edib:
"Mən 2012-ci ildən Muğam kafedrasında professor olaraq çalışıram. İşimiz budur. Vəzifəyə kənardan gəlməmişəm. Qanunauyğun haldır. Bu işləri əvvəldən görürdük. İfaçı yetişdirib, müsabiqələrə göndəririk. Əvvəldən bu işlərin içərisində olmuşam.
Arif müəllim yaşına və səhhətinə görə öz istəyi ilə vəzifədən ayrıldı. Onun məsləhəti və xeyir-duası ilə rəhbərlik mənə etimad göstərdi".
Qeyd edək ki, Mənsum İbrahimov 1998-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 2005-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2010-cu ildə Azərbaycan Prezidentinin Sərəncamına əsasən, "Şöhrət" ordeni ilə təltif olunub.
30 dekabr 2020-ci ildə Azərbaycan milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif olunub. 10 mart 2021-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" medalı ilə təltif olunub.
9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülüb. 1 may 2017-ci ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Mənsum İbrahimov: Nəzrin Vahid

Maraqlı       Tarix: 08 sentyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az metbuat xeberlər en sonxeber