Mənzil necə özəlləşdirilir?
Mənzilin özəlləşdirilməsi - vətəndaşların dövlət mənzil fondunda könüllü əsaslarla tutduqları yaşayış sahələrinin onların mülkiyyətinə verilməsidir. Yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının "Mənzil fondunun özəlləşdirilməsi haqqında" Qanunu ilə tənzimlənir. Özəlləşdirmə hüququ Azərbaycan Respublikasının vətəndaşlarına, eləcə də dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə yaşayış sahəsinin icarəsi haqqında müqavilə bağlamış vətəndaşlığı olmayan şəxslərə məxsusdu.
Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Mənzilin özəlləşdirilməsi üçün aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim edilməlidir:
mənzil sahəsinin orderi;
mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsi (notariat qaydasında təsdiq olunur);
mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma).
Dövlət rüsumunun məbləği
Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi - 30 manat (7 iş günü);
Mənzillərə dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün - 50 manat (7 iş günü)
Mənzillərə dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi - 10 manat.
Qeyd olunan sənədlər ərizə, şəxsiyyəti təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunmalıdır.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətini onlayn və ya sms göndərməklə öyrənmək mümkündür. Onlayn məlumat əldə etmək üçün Elektron Xidmətlər Portalına (www.e-emdk.gov.az) daxil olursunuz və təqdim olunan elektron xidmətlər siyahısından "Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi" elektron xidmətini seçirsiniz. Yeni açılan pəncərədə müvafiq bölməyə ərizə nömrənizi daxil edib sənədiniz icrada olduğunu və ya icra edildiyi barədə məlumat əldə edə bilərsiniz. SMS vasitəsi ilə məlumat əldə etmək üçün ərizə nömrəsini sms ilə 9193 nömrəsinə göndərməklə müraciətinizin icra vəziyyəti ilə bağlı sizə cavab mesajı göndəriləcək.
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar