Merab Surquladze: "Türkiyə, Azərbaycan və Gürcüstan birgə Baş Qərargah yaratmalıdır

Merab Surquladze: "Türkiyə, Azərbaycan və Gürcüstan birgə Baş Qərargah yaratmalıdırMerab Surquladze: "Türkiyə, Azərbaycan və Gürcüstan birgə Baş Qərargah yaratmalıdır"
Bu il Gürcüstan, Türkiyə və Azərbaycan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Gürcüstanın Müdafiə Nazirliyi bu barədə bir neçə gün əvvəl xəbər verib. Bildirilir ki, görüş Gürcüstan ərazisində keçiriləcək.
"Türkiyə-Azərbaycan-Gürcüstan" üçbucağının yaranmasından danışa bilərikmi, ölkələrimizi hansı təhlükələr gözləyir?
Bu barədəMedia.Az- a "Gürcüstan-Qafqaz Strateji Tədqiqatlar İnstitutu"nun hərbi mütəxəssisi Merab Surquladze ilə danışıb.
- Gələcək barədə düşünməliyik, çünki ölkələrimizin qarşısına çıxan təhlükələri yaxşı bilirik. Əvvəlcə regional müdafiə üzərində işləmək lazımdır və bu ehtiyat, mülki müdafiə və səfərbərlikdir. Bizdə bu yoxdur.
- "Bizdə" deyəndə yalnız Azərbaycan və Gürcüstanı nəzərdə tutursunuz? Çünki Türkiyədə bununla bağlı hər şey qaydasındadır.
- Bəli, hələ ki, biz Azərbaycan və Gürcüstan haqqında danışırıq.
- Bəs "Türkiyə-Azərbaycan-Gürcüstan" üçbucağı yaranacaq? Axı müdafiə nazirlərimiz ilk dəfə deyil ki, görüşürlər.
- Bundan nəsə alına bilər. Üç ölkədən birinə hücum olarsa, qarşılıqlı qorunma prinsipini təmin edən üçtərəfli saziş bağlamaq lazımdır.
- Siz dövlətlərimiz üçün ümumi hərbi təhlükənin olduğunu düşünürsünüz?
- Təhlükə çoxdur və hər istiqamətdən - həm şimaldan, həm də cənubdan olması mümkündür. Müdafiə nazirlərimiz, Baş qərargah rəisləri qarşılıqlı yardım sistemini inkişaf etdirməlidirlər. Bəlkə də üç dövlətin birgə Baş Qərargahı olmalıdır. Orada müharibə görmüş, öz işini bilən mütəxəssislər işləməlidir.
- Azərbaycan, Gürcüstan və Türkiyəni bir neçə qlobal layihə birləşdirir. Bura Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu daxildir. Ermənistan tərəfindən həmin magistrallara əngəl yaradılması ilə bağlı təhdidlər var. Bu məsələ də nazirlərimizin gündəmində olmalıdır?
- Əlbəttə! Bu ki terror təhlükəsidir. Düşmən hərbi əməliyyatlardan istifadə edərək, nəyisə məhv edə bilər. Buna hazır olmalı, bir yerdə olmalıyıq. Neft və qaz nasoslarının təhlükəsizliyi və qatarların hərəkətinə cavabdeh olacaq birgə xüsusi bölmələr, bir neçə sürətli reaksiya batalyonu hazırlanmalıdır. Və vahid komandanlıq şərtdir.
- Ermənistan Gürcüstanın qonşusudur. Magistral xətlərinin partladılması halında Tbilisi Yerevana qarşı ciddi tədbirlər görə bilərmi?
- Sizə qısa cavab verəcəyəm, sadəcə olaraq, Sovet İttifaqından bir misal çəkim. Gürcüstanda ən gərgin futbol matçları Yerevanın "Ararat" və Moskvanın "Spartak" komandaları ilə keçirilirdi. Şinləri kəsirdilər və s. Ermənistan özünü nə hesab edir? Hələ ki, heç nə. Ermənistan bizim ölkələrimiz və (ondan yan keçmiş - red.) layihələr arasında yerləşir. /oxu.az

Siyasi       Tarix: 10 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 sonxeber az son xeberler bugun 2026 canli valyuta məzənnələri