"Mərcan" məhsullarına yenilənmiş "Halallıq" və "İSO 22000" sertifikatları təqdim olundu
Ötən həftə Holiday İnn otelində Azerbaijan Poultry Şirkətinin (APC) istehsal etdiyi "Mərcan" quş əti və quş əti məhsullarına verilən "Halallıq" və "İSO 22000" sertifikatlarının təqdimat mərasimi keçirilib.
Mərasimdə qeyd olunub ki, 2018-ci idən etibarən "Mərcan" məhsullarının istehsalına qida təhlükəsizliyi və halal standartlar üzrə aparıcı mütəxəssisləri tərəfindən ciddi nəzarət və məsləhət layihəsi başlanıb. Həmin layihə çərçivəsində şirkətin struktur bölmələrində, o cümlədən Ucar rayonunda yerləşən quş ətinin emalı fabrikində diaqnostik audit və mövcud idarəetmə sisteminin təhlili aparılıb, müəssisənin əməkdaşlarına qeyd olunan standartlar üzrə müvafiq təlimlər keçirilib. Həmin auditlərin nəticəsi olaraq APC-nın ISO 22000 və Halal standartların tələblərinə uyğunluğu barədə müsbət rəy verilib və şirkətin fəaliyyəti ISO 22000 standartı üzrə Almaniyanın "DAKKS" akkreditasiyalı sertifikatı və dünyanın halal standartlar üzrə ən nüfuzlu sertifikatlaşdırma orqanlarından biri olan - Malayziyanın "JAKIM" təşkilatının təsdiq etdiyi HALAL sertifikatı ilə təsdiqlənib.
Azerbaijan Poultry Şirkətində yaradılan şərait, həyata keçirilən dəyişikliklər, yeni texnologiyaların tətbiqi, bütün istehsal tsiklinin tam avtomatlaşdırılması, rəhbərlik tərəfindən keyfiyyət və halallıq məsələlərinə göstərilən diqqət, quşların yetişdirilməsindən hazır məhsulun buraxılmasına kimi istehsalat prosesinə ciddi nəzarət olunması, bütün prosessin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması bunu deməyə əsas verir ki, ölkəmizdə müasir tələblərə cavab verən və halal toyuq məhsulları istehsal edən belə bir müəssisə var.
Tədbirdə Azerbaijan Poultry Şirkətinin direktoru Rüfət Məmmədzadə, Kefiyyət asossiasiyasının sədri Samir Novruzlu, İNSERT Beynəlxalq Sertifikatlaşdırma şirkətinin direktoru Şamo Muradov, Şirkətin Pr və Kommunikasiyalar meneceri Günay Əkbər jurnalistlərin suallarını cavablandırıblar.
Tədbirin sonunda sertifikatlar təqdim olunub. /news.milli.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı