Mərkəzi Bankdan pandemiya ilə əlaqədar TÖVSİYƏ

Mərkəzi Bankdan pandemiya ilə əlaqədar TÖVSİYƏMərkəzi Bank pandemiya ilə əlaqədar yaranmış vəziyyətlə bağlı sığortaçılara tövsiyə edib.
Milli.Az xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosasiyasından Trend-ə bildirilib ki, COVİD-19 pandemiyasının və enerji bazarlarında kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlığa mənfi təsirlərinin azaldılması məqsədilə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən Tədbirlər planı təsdiq edilmişdir.
Pandemiya maliyyə bazarının tərkib hissəsi olan sığorta bazarına da öz təsirini göstərdi. Bu səbəblə xüsusi karantin rejimi şəraitində sığorta xidmətlərinin fasiləsizliyinin təmin edilməsi, habelə sığorta istehlakçılarının hüquqlarının qorunması məqsədilə nəzarət oraqanı olan Mərkəzi Bank tərəfindən dəstəkləyici tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Hazırlanan tədbirlər planı ilk dəfə 2020- ci il 29 aprel tarixində sığorta şirkətlərinə göndərilmiş və sığorta mütəxəssisləri tərəfindən müsbət qiymətləndirilmişdir. Tədbirlər planın təsdiqlənməsi və ən qısa zamanda icrası məqsədilə 2020-ci il 5 may tarixində Mərkəzi Bankın nümayəndələri ilə Sığorta şirkətlərinin və Azərbaycan Sığortaçılar Assosasiyasının rəhbər şəxsləri arasında video konfrans şəklində görüş keçirildi. Keçirilən görüş zamanı tədbirlər planında mövcud bəzi nüanslar müzakirə edildikdən sonra sığorta rəhbərlərinin ortaq qərarı ilə təsdiqləndi.
Xüsusi karantin rejimi şəraitində izolasiya qaydalarına uyğun olaraq müştərilər ilə sığorta şirkəti əməkdaşları arasında fiziki təmasın minimuma enməsi sığorta xidmətlərinin göstərilməsində müəyyən çətinliklər yaratdı. Bunu nəzərə alaraq həm müştəri məmnuniyyətinin təmin edilməsi, həm də sığorta şirkətlərinin maliyyə dayanıqlığının qorunub saxlanılması məqsədilə Mərkəzi Bank tərəfindən aşağıda göstərilən istiqamətdə tədbirlərin keçirilməsi ilə bağlı Rəhbərlərə tövsiyələr verildi:
1. Zərərlərin tənzimlənməsi ilə bağlı sığortalıların müraciətlərinin elektron poçt və elektron formada qəbul edilməsi (hadisələr barədə video və foto görüntülər daxil olmaqla);
2. Könüllü sığorta müqavilələri üzrə xüsusi karantin rejimindən birbaşa təsirlənən sığortalılara sığorta haqlarının ödənilməsində 2020-ci il 30 sentyabr tarixinə kimi möhlətin verilməsi;
3. Sığortaçılarda biznes proseslərinin pandemiya ilə əlaqədar yeni əməliyyat şəraitinə tam uyğunlaşdırılması üçün lazımi idarəetmə və texnoloji tədbirlərin görülməsi;
4. Könüllü sığorta müqavilələrinin elektron formada bağlanılmasının təmin edilməsi (Azərbaycan Respublikası Mülki Məcəlləsinin, "Sığorta fəaliyyəti haqqında" Qanunun və məlumatların mühafizəsi ilə bağlı hüquqi aktların tələbləri nəzərə alınmaqla);
5. Sığortaçıların öz internet səhifələrində xüsusi karantin müddətində iş rejimi ilə bağlı məlumatın və zərərlərin tənzimlənməsi ilə bağlı müvafiq prosedurlarını açıqlaması;
6. Sığortalıların hüquqlarının qorunması məqsədilə sığortaçılarda qaynar xəttin fasiləsiz işlək olması ilə yanaşı sığortalıların video zənglər vasitəsilə qəbulunun təmin edilməsi:
7. Sığortaçıların kapital mövqeyinin qorunması və gücləndirilməsi məqsədilə 2019-cu ilin nəticəsi üzrə dividend ödənişlərinin 30 sentyabr 2020-ci ilədək təxirə salınması və 2020-ci il üzrə aralıq dividendlərinin ödənilməməsi.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 05 may 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


son xeberler yeni xeberler azerbaycan xeberleri maşın realiti şou sonxəbərlər valyuta mezenesi azerbaycan son xeber bugun