"Məşədi Dadaş" məscidinin qarşısında kişi ürəyindən bıçaqlandı
Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Nəsimi rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin "isti izlərlə" açılması təmin edilib.
Nəsimi rayon prokurorluğundan verilən məlumata görə, avqustun 13-ü saat 15 radələrində Nəsimi rayonu, İbrahim Əbilov küçəsində yerləşən "Məşədi Dadaş" məscidinin qarşısında 1978-ci il təvəllüdlü Dadaş Həmzəyevin naməlum şəxs tərəfindən bir dəfə ürək nahiyəsinə bıçaqla xəsarət yetirilməsi və almış olduğu xəsarətdən həmin gün saat 22 radələrində xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı 1983-cü il təvəllüdlü Məhəmməd Rəhimov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə ilə əlaqədar törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Məhəmməd Rəhimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
Leyla Əliyeva Yevlaxda Cümə məscidinsə - FOTOLAR
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
DÇ-2026: İspaniya və Portuqaliya 1/8 finalda
"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır - Foto
Arman Abovyan: "Ermənistan "Qərbi Azərbaycan" layihəsinə xidmət edən surroqat quruma çevrilir"
Ermənistanda dövlət sirrini yayan polkovnik həbs olundu
Ermənistan bu dəmir yolunun bərpasına başladı
ABŞ Cənubi Qafqaza niyə hələ də səfir göndərmir? - İLGİNC SƏBƏBLƏR
Tanınmış musiqiçi qəzada həlak oldu - FOTO
Urmiyalı gözəl 75 yaşında öldürüldü
Göldən tapılan həkim şəhid qızı imiş - atası ilə eyni yaşda
Bakıda işdən qovulan sürücü mağazanı yandırdı
Ləman Ələşrəfqızını aldadan şəxs saxlanıldı
Hikmət Hacıyev professor Ceffri Saks ilə görüşdü – FOTO