Məşhur çoxuşaqlı analar: "Əsas məsələ onlara gözəl tərbiyə verməkdir" - FOTO

Məşhur çoxuşaqlı analar: Məşhur çoxuşaqlı analar: "Əsas məsələ onlara gözəl tərbiyə verməkdir" - FOTO
Ana uşağın həm bioloji, həm də sosial rolunu daşıyan qadındır. Həm məşhurluq, həm də çoxuşaqlı ana olmaq heç də asan deyil. Elələri var ki, uşaq dünyaya gətirdikdən sonra sənətdən uzaqlaşırlar. Əslində, "çoxuşaqlı" sözü nisbi mənadadır. Burada söhbət bir və ya iki uşaqla kifayətlənənlərlə müqayisədə üç-dörd uşaq sahibi olanlardan gedir.
Oxu.Az-ın əməkdaşı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə sənətdə olan məşhur çoxuşaqlı analarla danışıb.
Müğənni Xuraman Şuşalı ana olduqdan sonra sənətdən çox da uzaqlaşdığını sanmır:
Məşhur çoxuşaqlı analar: "Övlad Allahın bizə verdiyi bir nemətdir. Onlar bizə Allahdan əmanətdir. Düşünürəm ki, islama layiq övlad böyütməliyik. Allah övladı valideyni saxlamaq üçün vermir. Dörd övladım var - iki qız, iki oğlan. Allah olmayanlara qismət etsin. Böyük oğlumun on iki, qızımın on bir, kiçik oğlumun səkkiz, sonbeşiyim olan digər qızımın üç yaşı var. Hazırda Şuşadayam. Övladlarımdan çox nigaranam.
Sənətdən, deməzdim ki, uzaqlaşdım. Elə adam var ki, özünü gündəmdə saxlayır. Bəziləri özünü gündəmdə saxlamaq üçün aidiyyəti oldu-olmadı bütün mövzulara münasibət bildirirlər. Belə gündəmdə qalmaqdansa kənarda dayanmaq ən gözəlidir. İldə iki-üç dəfə görünmək daha yaxşıdır. Sənət ilə gündəmdə olaq. Çoxlarına o da maraqlı deyil".
X.Şuşalı əlavə edib ki, əsas məsələ uşaqlara gözəl tərbiyə verə bilməkdir:
"Körpələrimizi bayram münasibəti ilə təbrik edirəm! Əsas məsələ onlara gözəl tərbiyə verməyimizdir. Öz problemlərimizlə uşaqlarımıza travma yaşatmayaq. Çalışaq ki, uşaqlarımızı qoruyaq".
Xalq artisti Gülyanaq Məmmədova qeyd edib ki, işlə bir araya sığdırmaq çətin olsa da, övladları ilə daim məşğul olmağa çalışır:
Məşhur çoxuşaqlı analar: "Üç oğul, bir qız övladım var. Bu dəqiqə Özbəkistandayam. Ötən gün Daşkənd şəhərində konservatoriyada solo konsertim vardı. Bu gün də Səmərqənd şəhərində solo konsertim olacaq. Övladlarımdan uzaq düşmüşəm. Fikrim yanlarındadır.
Bayram münasibəti ilə övladlarımızı təbrik edir, cansağlığı arzu edirəm! Arzum budur ki, bütün valideynlər övladlarını gözəl, cəmiyyətimiz üçün yararlı böyütsünlər. Cəmiyyətdə layiqli yer tutsunlar. İşlərimizlə birlikdə çətin olsa da, övladlarımla məşğul oluram. İnşallah, məyus olmarıq".
Xalq artisti, Opera və Balet Teatrının solisti Fidan Hacıyeva uşaqlara zaman ayırmağın vacib olduğunu söyləyib:
Məşhur çoxuşaqlı analar: "Çətin olsa da, uşaqlara vaxt ayırmaq lazımdır. Çalışmalıyıq ki, onlara savad verək. Kiçik yaşlarında musiqi və ya idman ilə məşğul olsunlar. Kitab oxusunlar. Sosial şəbəkələrdən uzaq olsunlar.
Mənim balaca oğlum musiqi ilə məşğul olur. Skripka çalır, fortepianoda ifa edir. Artıq onun mahnılarını oxuyuram. Bu yaxınlarda "Öndər" adlı əsəri yaratdı. Onu səsləndirdim. Böyük qızım İngiltərədə oxuyur. Ortancıl oğlum məktəblidir".
Estrada müğənnisi Elnarə Xəlilova bayram gününü uşaqlarına ayıra bilmədiyini deyib:
Məşhur çoxuşaqlı analar: "Bayramda adi insanlar bayram edib, şənlənirlərsə, biz sənət adamları üçün bayram şənləndirmək və əyləndirmək deməkdir. Adətən, bayramlarda biz, təəssüf ki, evdə ailəmiz və övladlarımızla ola bilmirik. Bu gün də mənim tədbirlərim var. Bütün günüm bu tədbirlərə hazırlıqlarla keçəcək. Övladlarıma söz vermişəm, həftəsonu, əgər özlərini yaxşı aparsalar və qiymətləri yaxşı olsa, onları dənizə aparacağam".
Qeyd edək ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Bu bayramla yanaşı, BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur.
1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarını təmin edən Bəyannamə qəbul edilib. Bu bəyannamədə deyilirdi ki, "bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin".
Nəzrin Vahid

Maraqlı       Tarix: 02 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az cəbhədən canlı son xeber 2026 şou biznes xəbərləri