Məşhur prezidentə görə iki müharibə başlayacaq: Qırıcılar göndərildi

Məşhur prezidentə görə iki müharibə başlayacaq: Qırıcılar göndərildiSon zamanlarda ABŞ və Venezuela arasında müşahidə olunan gərginlik hərbi qarşıdurma ehtimalını gündəmə gətirir. ABŞ Prezidenti Donald Tramp Venezuelada Prezident Nikolas Maduro hökumətini hədəf alır, bu ölkə ilə sərhədə qırıclar və texnika göndərir.
Ağ Ev rəhbəri həmçinin oradakı narkokartellərə qarşı hərbi əməliyyatların keçirilməsinin anonsunu verir. Hətta yaxın günlərdə əməliyyatlara başlanılacağına dair məlumatlar yayılıb. Lakin hədəfin əslində Maduronu devirmək olduğu, yerinə Vaşinqtonla əlaqələri yaxşı olan birinin gətirilməsinin düşünüldüyü bildirilir.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ–Venezuela münasibətlərindəki gərginlik hələ keçmiş prezident Uqo Çaves dövründən başlayır:
"Çavesin o zamankı ABŞ Prezidenti Corc Buşu davamlı şəkildə tənqid etməsi və ardıcıl anti-Amerika qərarları münasibətləri kəskinləşdirmişdi. Vaşinqtonun əsas problemi Venezuelada sol yönümlü hökumətin hakimiyyətdə qalmasıdır. Çavesin vəfatından və Maduronun hakimiyyətə gəlməsindən sonra ABŞ ümid edirdi ki, münasibətlərdə müəyyən düzəlmə olacaq. Lakin bu, baş vermədi. Karakas gözlənilənin əksinə, son dövrlər Rusiya və Çinlə əlaqələrə, xüsusilə hərbi əməkdaşlığa xüsusi diqqət ayırır.
Venezuela dünyada neft ehtiyatlarına görə ən zəngin ölkədir. Donald Tramp belə bir strateji resursu əldən vermək istəmir. Hazırda Venezuelada güclü müxalifət mövcuddur və bu, Maduronu hakimiyyətdən devirmək planlarını ABŞ üçün daha real edir. Vaşinqtonun məqsədi birbaşa hərbi dəstək verməklə Venezuela xalqını hökumətə qarşı ayağa qaldırmaqdır".
Politoloq bildirib ki, Trampın iddialarında müəyyən həqiqətlər var:
"Çünki Venezuela bölgədə ən çox narkotik ixrac edən ölkələrdən biridir. Lakin ABŞ-ın niyyətində fərqli məqamların olduğu da aydın görünür. Tramp administrasiyası bu ölkədə fəaliyyət göstərdiyi iddia edilən "Tren de Aragua" adlı kriminal təşkilatı "narko-terrorist" elan edib və ona qarşı hərbi əməliyyatlara başladığını açıqlayıb.
Vaşinqton iddia edir ki, bu qruplar Venezueladan Karib dənizi vasitəsilə narkotik daşıyır və ABŞ ərazisinə daxil olmasına yardım edirlər. Lakin rəsmi Karakas bu ittihamları rədd edir və Ağ Evin əsas məqsədinin hökuməti devirmək olduğunu bildirir.
Hazırda ABŞ-ın niyyəti Rusiya və Çinin bu məsələyə reaksiyasını öyrənməkdir. Əgər Moskva və Pekin ciddi reaksiya göstərməsə, ehtimal ki, ABŞ hərbi müdaxiləyə gedəcək və müxalifətlə birləşərək Maduronu devirməyə çalışacaq. Ardınca isə özünə sadiq qüvvələrdən yeni hökumət formalaşdıracaq. Bu, artıq ABŞ-ın xarici siyasətində yeni bir mərhələdir."
Politoloqun sözlərinə görə, belə bir ssenari reallaşarsa, bunun qlobal nəticələri də qaçılmaz olacaq:
"Əvvəllər hökumətlər daxili qruplar vasitəsilə çevrilişlə devrilirdisə, indi bu, açıq hərbi müdaxilə ilə həyata keçirilir. Venezuelada savaş başlayarsa, bu, Ukrayna cəbhəsində vəziyyəti daha da gərginləşdirər. Həmçinin Çin yaranan fürsətdən istifadə edərək Tayvanda fəallığını artıra, dünya bazarında isə neftin qiyməti sürətlə yüksələ bilər".

Siyasi       Tarix: 26 oktyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb


son xeberler yeni xeberler azerbaycan xeberleri xabar az xabarlar son.xeber xeberler bu gun