Məşhur şirkətin süni intellekti hindistanlı işçilər çıxdı - FOTO
Məşhur şirkətin süni intellekti hindistanlı işçilər çıxdı - FOTO
"Amazon" şirkəti "Just Walk Out" mağazalarını bağlayıb. Bu müəssisədə kassaya ehtiyac yox idi: insanlar əşyaları götürüb sadəcə mağazadan çıxa bilirdilər. Kameralar və sensorlar süni intellekt əsasında avtomatik olaraq alınan malların üzərindən məlumatları oxuyub və çıxışda ödəniş aparılıb.
Daha dəqiq desək, "Amazon" "Just Walk Out"u ilk dəfə işə saldıqda hər şey məhz belə təsvir olunub.
İndi məlum olub ki, mağazada süni intellekt tətbiq olmayıb. Alış-veriş edənləri kameralar vasitəsilə 1000 hindistanlı cüzi maaş müqabilində izləyib, onların hansı malları götürdüyünə baxıblar. Yəqin ki, süni intellekt az da olsa, bu prosesdə iştirak edib, lakin sistem idealdan çox uzaq olub. Hətta bu formada "Just Walk Out" müştəriləri qəbzlərin göndərilməsindən tutmuş tamamilə səhv idarə olunan sifarişlərə qədər müxtəlif problemlərdən şikayətləniblər.
Hazırda "Amazon" yeni "Dash Cart" texnologiyasını sınaqdan keçirməyə hazırlaşır. Belə ki, şirkət mağazalarında içinə qoyulan malları hesablayacaq "ağıllı" arabaları (səbətləri) işə salmaq istəyir.

Mənbə: ixbt.com / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR