Məşhur xanəndənin atası koronavirusdan vəfat etdi - VİDEO
Məşhur xanəndə Tural Salmanovun atası COVID-dən dünyasını dəyişib.
Azxeber.com xəbər verir ki, xanəndə Tural Salmanova ağır itki üz verib.
Bu barədə məlumatı xanəndə "Günün sədası" verilişində qonaq olduğu zaman bildirib. Onun atası 72 yaşında dünyasını dəyişib:
"Anam və atam koronavirus xəstəliyinə yoluxmuşdu. Anamın səhhəti atamınkından daha ağır idi. Amma anam sağaldı, atam dünyasını dəyişdi. Xəstəliyi yox idi. Sağlam adam idi. 1950-ci il təvəllüdlü idi. Bir müddət evdə müalicə aldılar. Bu zaman məni yaxına qoymurdular. Onların yanına getmədən mən də koronovirusa yoluxdum. Anamı və atamı xəstəxanaya yerləşdirdik. Amma onu itirdik. Xəstəliyinin son günlərində yanına getdim, gördüm ki, rəngi dəyişilib. Səhəri gün yenidən yanına getdim, gördüm ki, dünyasını dəyişib. Mənə çox bağlı idi. Hər gün internetdə mənim mahnılarıma qulaq asırdı." – deyə xanəndə bildirib.
Eyni zamanda aparıcı Nanə Ağamalıyeva həkim səhlənkərlığından da söz açıb:
"Həkimlər məsuliyyətsizlik edirlər. Tanış adam var, koronavirusa yoluxmadığı halda ona səhv iynə vurublar və onun ağciyərləri partlayıb. Həmin adam panikadan dünyasını dəyişdi. Halbuki heç virusa yoluxmamışdı".
Ayşən Mirzəyeva
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər