Messi milli komandadakı karyerasını başa vurub
Argentina millisinin ulduz futbolçusu Lionel Messi milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, 39 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edərək bu qərarı verməyin onun üçün çox çətin olduğunu bildirib:
"Milli komandadan getdiyimi hər kəsə açıqlamaq istəyirəm. Bu qərar ruhumu ağrıtdı və hələ də ağrıdır. Amma vaxtının çatdığını düşünürəm".
Argentina millisinin formasını hər zaman böyük bağlılıqla daşıdığını vurğulayan ulduz futbolçu bildirib ki, komandası uğur qazanmamışdan əvvəl də bu forma uğrunda mübarizə aparıb.
Messi bundan sonra millidə oynamağa layiq olan gənc futbolçuların yetişdiyini qeyd edib:
"Özümü tamamilə verdim və artıq verəcək daha nəyinsə qalmadığını hiss edirəm. Arxadan çox böyük futbolçular gəlir və onlar burada olmağa layiqdirlər".
Argentina azarkeşlərinə 20 illik dəstəklərinə görə təşəkkür edən Messi bundan sonra milli komandanı tribunadan dəstəkləyəcəyini bildirib.
Ulduz futbolçu ailəsinə, məşqçilərinə, komanda yoldaşlarına və rəhbərliyə də minnətdarlığını ifadə edib. Messi vida mesajını finaldan iki gün sonra, iyulun 21-də yazdığını, daha sonra atası ilə bağlı yaşanan hadisədən sonra isə qərarından daha da əmin olduğunu qeyd edib.

Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur, canlanır
Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi
140-dan çox ölkədən 2700-ə yaxın nümayəndə Bakıda bir araya gəldi - Bu məsələlər müzakirə edildi
Diplomatlar Xudavəng monastır kompleksində - Fotolar
"Unibank"ın İdarə Heyətində dəyişiklik
PISA-da oxu nəticəmizi necə yüksəldək?
Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO
Çempionlar Liqası tarixində ən yaşlı alman futbolçu oldu
AccessBank tender elan etdi
Torpağı alıb ev tikdi, 10 il sonra məhkəməlik oldu
Bakıda ağır qəza: Qadını vurdu, sonra "Prius"a çırpıldı
"Prezident sağlamdır və mütləq bəzi insanların siyasi ölümünü görəcək" - Baqratyan
Premyer Liqada iki maraqlı oyun: Bu gün hansı komanda qarşılaşır?
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - Fotolar