Messidən möhtəşəm poker – 4 qolla tarix yazdı

Messidən möhtəşəm poker – 4 qolla tarix yazdıABŞ Major Liqasında (MLS) "İnter Mayami" doğma meydanda "Monreal"ı 7:1 hesabı ilə məğlub edib.
KONKRET.az xəbər verir ki, qarşılaşmada 39 yaşlı argentinalı hücumçu Lionel Messi 40, 52, 83 və ikinci hissəyə əlavə olunmuş 6-cı dəqiqədə fərqlənərək poker edib. Messi həmçinin Luis Suaresin 80-ci dəqiqədə vurduğu qolda məhsuldar ötürmə ilə yadda qalıb.
"İnter Mayami"nin digər qollarını Kazemiro (20) və Aleksander Şou (89) vurub. "Monreal"ın yeganə qoluna isə Fabian Xerbers 37-ci dəqiqədə imza atıb.
Messinin qollarından ikisini birbaşa cərimə zərbəsindən vurması da diqqət çəkib. Bununla argentinalı futbolçu karyerasında cərimə zərbələrindən vurduğu qolların sayını 74-ə çatdırıb və bu göstəricidə ikinci pilləyə yüksəlib. O, Jair da Rosa Pintonun nəticəsini təkrarlayıb. Bu kateqoriyada lider isə 78 qolla braziliyalı Marselinyodur.
Qələbə "İnter Mayami" üçün MLS tarixində ən böyük hesablı qələbə olub. Bununla belə, liqa tarixinin rekord nəticəsi "Los-Anceles Qalaksi"yə məxsusdur. Komanda 1998-ci ildə "Dallas Bern"i 8:1 hesabı ilə məğlub edib.
Messi cari MLS mövsümündə "İnter Mayami"nin heyətində 19 oyunda 18 qol vurub və 9 məhsuldar ötürmə edib.
"İnter Mayami" bu qələbədən sonra 22 oyunda 42 xalla Şərq Konfransında ikinci pillədə qərarlaşıb. "Monreal" isə 21 xalla sonuncu – 14-cü yerdədir.
Günay Əli 
KONKRET.az 

İdman       Tarix: 31 avqust 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

AVRO-2026: Azərbaycan Belçika ilə qarşılaşacaq

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün Belçika ilə qarşılaşacaq. bildirir ki, matç 18:30-da start götürəcək. Qrupun digər oyununda, saat 15:30-da İspaniy

"Qarabağ" bu gün "Tvente" ilə qarşılaşacaq

"Qarabağ" UEFA Konfrans Liqasında bu gün növbəti matçına çıxacaq. bildirir ki, Ağdam təmsilçisi turnirin pley-off mərhələsinin ilk görüşündə "Tvente" (Niderland) ilə üz-üzə gələcək. Bakı vaxtı ilə saa

"Atletiko" Xulian Alvares üçün 150 milyon avro tələb edir

İspaniyanın "Atletiko" klubu hücumçusu Xulian Alvaresin bu yay komandadan ayrılması üçün "Arsenal"dan (İngiltərə) 150 milyon avroluq təklif gözləyir. "The Athletic"ə istinadən xəbər verir ki

"Sabah" tarixinin ən vacib matçına çıxır

"Sabah" UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün cavab qarşılaşmasına çıxacaq. bildirir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda İsrail təmsilçisi "Hapoel" (Beer-Şeva) ilə üz-üz

"Qarabağ"da daha bir itki

"Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo Konfrans Liqasının təsnifat mərhələsinin pley-offunda "Tvente"yə qarşı ilk oyununu buraxa bilər. -a istinadən xəbər verir ki, 25 yaşlı braziliyalı futbolçu Misl

"Beşiktaş"ın rəqibləri bəlli oldu: İsrail klubu da var

Türkiyənin "Beşiktaş" komandasının UEFA Avropa Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub. KONKRET.azxəbər verir ki, "ağ-qaralar" Almaniyanın "Bayer 04", Fransanın "Marsel"

"Sabah"ın rəqibləri bilindi: üç dünya nəhəngi – CANLI

"Sabah" klubunun əsas rəqibləri bəlli olub. xəbər verir ki, komandamız Bakıda "Barselona" klubu ilə üz-üzə gələcək. Təmsilçimiz həmçinin "Arsenal" və "Mançester Yunayted"lə səfərd

Azərbaycan "Formula 1" ilə bağlı viza prosedurunu sadələşdirir

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Formula 1 yarışının keçirilməsi ilə əlaqədar viza prosedurunun sadələşdirilməsi ilə əlaqədar sərəncam imzalayıb. KONKRET.azxəbər verir ki, dövlət başçısının imzaladığı sənədə əsasə

"Fənərbaxça"dan Taliska açıqlaması

"Fənərbaxça" Anderson Taliskanın gələcəyi ilə bağlı yayılan xəbərlərlə bağlı açıqlama verib. KONKRET.azxəbər verir ki, klub braziliyalı futbolçunun "Konyaspor"la matçın heyətinə daxil edilməməsinin xaric


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi banklar valyuta sou biznes cəbhədən görüntüleri