Metyu Millerin şifrəli mesajı - ABŞ sülh üçün Azərbaycandan hansı güzəştləri tələb edir?

Amerika Birləşmiş Ştatları (ABŞ) Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına xidmət edən danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu bəyan edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller iyulun 15-də keçirdiyi brifinqdə deyib ki, Vaşinqton tərəfləri sülh sazişini imzalamağa çağırmaqda davam edir:
"İki ölkə arasında sülh sazişi həm tərəflər üçün, eləcə də regionda sülh, sabitlik və təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edəcək. Biz razılığa gəlməyin mümkün olduğuna inanırıq, lakin hər iki tərəfdən çətin qərarlar və ciddi kompromislər tələb olunur".
O, həmçinin qeyd edib ki, Vaşinqtonda keçirilən son danışıqlar zamanı tərəflər irəliləyiş əldə ediblər, lakin Dövlət Departamentinin nümayəndəsi detalları açıqlamaqdan imtina edib. Onun sözlərinə görə, Vaşinqton yekun razılaşmanın əldə edilməsinə və fikir ayrılıqlarının aradan qaldırılmasına töhfə verməkdə davam edəcək:
"Hələ razılaşma əldə olunmayıb və biz razılaşma əldə olunmayana qədər dayanmayacağıq".
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tural İsmayılov ABŞ-nin Azərbaycandan hansısa kompromislər gözləməsinin suallar doğurduğunu deyib:
Metyu Millerin şifrəli mesajı - ABŞ sülh üçün Azərbaycandan hansı güzəştləri tələb edir?"Metyu Miller Dövlət Departamentinin bütün brifinqlərində Azərbaycanla Ermənistan arasındakı münasibətlər və onun gələcəyi ilə bağlı fikirlərini bölüşür. Amma ABŞ-nin bu gün hansı kompromislərdən bəhs etməsi suallar doğurur. Çünki nə Azərbaycan, nə də Ermənistan tərəfindən ABŞ-nin hər iki ölkədən hansı kompromisləri tələb etməsi ilə bağlı mövqe ifadə edilməyib. Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan hər zaman Cənubi Qafqazda ədalətli barışın tərəfdarı olub. Torpaqlarımızın erməni işğalında qaldığı 30 il ərzində belə Bakı Ermənistandan ləyaqətli sülh mühitinin yaranması, işğal etdiyi torpaqlardan müharibəsiz geri çəkilməsini tələb edib. Hətta işğal faktına öz gücümüzə son qoyduqdan sonra da İrəvana təklif etdiyimiz sülh şərtləri, Ermənistanın rəhbərlik etdiyimiz regional layihələrə qoşula biləcəyi ilə bağlı həmişə "yaşıl işıq" yandırmağımız bizim gedə biləcəyimiz ən böyük güzəştlərdir. İndiki halıda isə ABŞ-nin Azərbaycandan konkret olaraq hansı kompromisləri gözlədiyi suallar doğurur".
Onun sözlərinə görə, sülhüm əldə edilməsi üçün ABŞ-nin Ermənistandan gözləntiləri daha çox olmalıdır:
"Bu gün Ermənistan sülhə sözdə razı olduğunu bəyan edir, praktikada isə tamamilə fərqli addımlar atır. Ona görə də, ABŞ sülh və kompromislərlə bağlı Ermənistana daha çox təzyiqlər etməlidir. Bu məsələdə Ermənistandan gözləntilər daha çox olmalıdır".
Politoloq Məhəmməd Əsədullazadə isə hesab edir ki, tərəflər arasında kompromis anklavlarla bağlı ola bilər:
Metyu Millerin şifrəli mesajı - ABŞ sülh üçün Azərbaycandan hansı güzəştləri tələb edir?"ABŞ Azərbaycanla Ermənistan arasında vasitəçilik missiyasını həyata keçirməyə çalışır, amma Azərbaycan və Ermənistan arasında kompromis ancaq anklavlarla bağlı ola bilər. Tərəflər müəyyən ərazi mübadiləsinə gedə bilər. Qaldı ki, Azərbaycanın Ermənistana kompromisə getməsinə, bu real görünmür. Kompromisə gedəcək tərəf varsa, o da Ermənistandır".
İrəvanın hansı kompromislərə getməli olduğunu şərh edən ekspert Ermənistanın ilk növbədə konstitusiyasında dəyişiklik etməsini və sənəddən Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı olduğunu deyib:
"Ermənistan konstitusiya dəyişikliyinə getməlidir. Azərbaycana qarşı ərazi iddialarını sənəddən çıxarmalı, Zəngəzur dəhlizini açmalıdır. Rəsmi İrəvan bunun üçün ortaya siyasi iradə qoymalıdır. Bu Rusiya və ya ABŞ-nin vasitəsilə deyil, ikitərəfli formatda Qazaxıstanda, Almatıda danışıqlar əsasında baş tutmalı və konkret razılıq əldə olunmalıdır".
Aygün Mirakif
KONKRET.az

Siyasi       Tarix: 16 iyul 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən şad xəbər butun xeberler en sonxeber cəbhədən son xəbər