Meyvə və tərəvəzlər qanda şəkərin səviyyəsini effektiv şəkildə azaldır və arıqlamağa kömək edir
Meyvə və tərəvəzlər qanda şəkərin səviyyəsini effektiv şəkildə azaldır və arıqlamağa kömək edir
Tafts Universitetinin (ABŞ) Fridman Qidalanma və Siyasət Məktəbinin alimləri müəyyən ediblər ki, meyvə və tərəvəz yemək kardiometabolik sağlamlığa müsbət təsir göstərir. Bu qidalar qan şəkərinin səviyyəsini normallaşdırır, təzyiqi aşağı salır və piylənmə ilə mübarizədə öz effektini göstərir.
Bu barədə "SciTechDaily" elmi jurnalında məlumat verilir.
Tədqiqatçılar kardiometabolik xəstəliklərin inkişafı riski və aşağı gəliri olan 1800-dən çox uşaq və 2000 böyüyün tibbi kartlarını təhlil ediblər. Bütün bu insanlar sağlam qidanı əhalinin aztəminatlı təbəqələri üçün əlçatan etməyə çalışan Amerika şirkəti olan "Wholesome Wave" təşkilatının xeyriyyə proqramında iştirak ediblər. Tədqiqatda iştirak edən şəxslərə müntəzəm olaraq ərzaq kartları verilib və onlardan tərəvəz və meyvə almaq üçün istifadə ediblər.
Nəticələr göstərib ki, şəkərli diabet xəstələrinin qanda şəkərin səviyyəsi 0,3 bənd azalıb. Hipertoniyadan əziyyət çəkən iştirakçılar üçün yeni qida rasionu qan təzyiqini normallaşdırmağa kömək edib - göstəricilər civə sütunu üzrə 5-8 millimetr aşağı enib.
Fridman Məktəbinin diyetoloq və epidemioloqu, tədqiqatın baş müəllifi Fanq Fanq Çjan qeyd edib ki, ərzaq kartları iştirakçıları daha sağlam qidalanmağa başlamaq üçün stimul olub. Diyetoloq, həmçinin xeyriyyə proqramlarının daha geniş tətbiqinə ehtiyac olduğunu bildirib.
Mənbə: gazeta.ru / oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR