"Microsoft" şirkətindən yaranan problemə "söndür-yandır, düzələcək" kimi çıxış yolu
"Microsoft" şirkətindən yaranan problemə "söndür-yandır, düzələcək" kimi çıxış yolu
"Windows" 10 və 11 üçün yeniləmələr bəzi funksiyalarda problemlərə səbəb olub.
Bu barədə "BleepingComputer"dən xəbər verilib.
Məlumata görə, istifadəçilər bəzi hallarda "Kopiyala" və "Yapışdır" funksiyalarının işləməməsindən şikayətləniblər. Nasazlığın "CopyFile API" istifadə edən üçüncü tərəf proqramları ilə bağlı olduğu vurğulanıb.
Həmçinin istifadəçilər əməliyyat sistemlərində faylların saxlanması funksiyasının işləməməsindən şikayət ediblər. Xüsusilə, problem "Word" və "Excel" kimi "Microsoft Office" proqramlarında görünüb.
"Microsoft"dan problemdən xəbərdar olduqları və hazırda həll yolu axtardıqları bildirilib.
Müvəqqəti düzəliş olaraq istifadəçilərə "Kopiyala", "Yapışdır" və "Saxla" əmrlərini bir neçə dəfə təkrarlamaq tövsiyə olunub.
Bundan əlavə, istifadəçilərə problemli yeniləmələri silmək və əməliyyat sisteminin əvvəlki versiyalarına qayıtmaq tövsiyə olunub.
"Microsoft" xidmətindən istehlakçılara verilən məsləhətlər sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. İstifadəçilər problemin həlli əvəzinə əmrləri bir neçə dəfə təkrarlamaq, ya əvvəlki versiyaya qayıtmaq kimi təkliflərin texnologiya aləmində məşhur olan "söndür-yandır, düzələcək" zarafatına bənzədiyini vurğulayıblar. / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR