MİDA-dan ucuz ev istəyənlərdən nə qədər rüşvət alınıb?
Bakıda külli miqdarda rüşvət vermədə təqsirləndirilən Könül Kazımovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
KONKRET.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rahib Salmanovun icraatına verilib.
Cinayət işi üzrə 62 zərərçəkmiş var.
Əldə etdiyimiz məlumata görə, 47 yaşlı K. Kazımova Bakıda fəaliyyət göstərən "KL-2018" MMC-nin rəhbəridir. O, Bakıda MİDA tərəfindən tikilən sosial evlərdən ucuz ev almaq vədi ilə 62 nəfərə vəd verib. Bu yolla onların hərəsində 5 min manatdan 27 min manatadək pul alıb. Onun zərərçəkmişlərə vurduğu zərərin ümumilikdə yarım milyon manata yaxın olduğu bildirilir.
Hazırda məhkəmənin istintaqı davam edir.
Qeyd edək ki, bir neçə gün əvvəl də MİDA-nın tikdiyi sosial evlər layihəsində 5 saniyə ərzində evlərin satılması böyük qalmaqala səbəb olmuşdu. Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılmış və onlarınxüsusi proqramla həmin evləri 5 saniyə ərzində alması müəyyən edilmişdi.//Lent.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar