Mikayıl Cabbarov: 'Qeyri-neft ixracından əldə olunan hər 4 dollardan 1-i sənaye zonalarının payına düşür

Mikayıl Cabbarov: 'Qeyri-neft ixracından əldə olunan hər 4 dollardan 1-i sənaye zonalarının payına düşürAzərbaycan hökuməti 2021-ci ilin nəticələrinə əsasən ÜDM-də 4 %-lik artım əldə olunacağını proqnozlaşdırır.
Azxeber.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatasının "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021" adlı hesabatının növbəti nəşrinin təqdimatı zamanı bildirib.
"İqtisadiyyat gözlədiyimizdən daha sürətlə bərpa olunur. Biz 2021-ci il üzrə ÜDM-in illik artımının 3,4 % olacağını proqnozlaşdırırdıq, beynəlxalq tərəfdaşlarımız isə ümumiyyətlə 1,7 % artım olacağını güman edirdilər. Hazırda biz artıq 4 %-lik artım proqnozlaşdırırıq", - nazir bildirib və əlavə edib ki, proqnozları üstələyən təkcə ÜDM-in artım templəri deyil. Belə ki, Azərbaycanın qeyri-neft ixracının artım templəri də iqtisadiyyatın şaxələndirilməsi məqsədinə uyğundur.
M.Cabbarovun sözlərinə görə, qeyri-neft ixracının artımı illik hesablamada 30 %-dən çox təşkil edib. "Bir müddət əvvəl 2 milyard ABŞ dolları həcmində ixrac səviyyəsinə çatacağımızı proqnozlaşdırırdıq, indi isə bu göstəricini ötəcəyimizi bilirik. Bu, qismən xammal ixracının müsbət dinamikası və xammal qiymətləri ilə dəstəklənir. Lakin elə xammal da var ki, təkrar emal oluna bilər, xüsusilə də plastik və kimyəvi məhsulların istehsalında böyük əlavə dəyər potensialı mövcuddur".
Nazir qeyd edib ki, Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetləri hökumətin diqqət mərkəzindədir. Bu sənəd cari ilin fevral ayında Prezident İlham Əliyev tərəfindən təsdiq olunub.
"Cari ildə 2 məsələ diqqət mərkəzində olacaq: bunlar dövlət satınalmalarının keyfiyyəti və əlçatanlığı, habelə rəqabət mühitinin stimullaşdırılmasıdır", - nazir deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarını azad etdikdən sonra yeni dövrə qədəm qoyub. "Bəyan edilmiş məqsədimiz odur ki, Qarabağda və Şərqi Zəngəzurda həyat keyfiyyətini nəinki ölkənin digər hissəsindəki səviyyəyə çatdıraq, həmçinin, "Yaşıl enerji", "Ağıllı şəhər" və "Ağıllı kənd" kimi konsepsiyalarla müəyyən mənada yeni standartlar müəyyən edək. Bu səbəbdən, fürsətdən istifadə edərək ayrı-ayrı şəxsləri bu planların icrasında iştiraka dəvət etmək istərdim", - M.Cabbarov deyib.
O, Ağdam sənaye parkının tikintisinə artıq başladığını, yaxın həftələrdə isə daha bir ixtisaslaşmış sənaye zonasının açılacağını elan edilməsini qeyd etdi .
"İqtisadi Zonaların İnkişafı Agentliyi dəstək göstərilməsi və potensial imkanlar haqqında mümkün qədər çox məlumat təqdim edilməsi üçün açılıb. Azərbaycanın sənaye zonaları sahəsində yürütdüyü siyasətin vacibliyini nümayiş etdirmək üçün qeyd edim ki, hazırda ixracdan əldə olunan hər 4 dollardan 1-i xüsusi sənaye zonalarında istehsal edilmiş malların payına düşür. Bu göstəricilər sürətlə artır, artım templəri isə bütün ölkə üzrə qeyri-neft sənayesinin artım tempindən yüksəkdir. Son illərdə qeyri-neft sənayesində artım templəri orta hesabla 15,1 % təşkil edir", - nazir deyib.

İqtisadiyyat       Tarix: 24 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını


azerbaycan xeberleri son xeberler yeni xeberler az xeber cəbhədən son məlumat ən son xəbərlər xeber