Mikayıl Cabbarov: Tövsiyə olunur ki, mümkün olan sahələrdə minimal sayda işçi işə cəlb edilsin

Mikayıl Cabbarov: Tövsiyə olunur ki, mümkün olan sahələrdə minimal sayda işçi işə cəlb edilsinTövsiyələrdən biri ondan ibarətdir ki, mümkün olan sahələrdə minimal sayda işçi işə cəlb edilsin. Nəzərə almaq lazımdır ki, aprelin 27-dən fəaliyyət tam şəkildə bərpa edilmir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu, sahibkarların işinə də təsir göstərəcək:
"Dövlət tərəfindən verilən dəstək həm aprel, həm may ayı üçün nəzərdə tutulub. Çünki karantin dövründə iqtisadi fəallıq dərhal bərpa edilməyəcək. Prezident tərəfindən də tövsiyə verilərkən məhz bu variantlar nəzərə alınıb".
M.Cabbarov əlavə edib ki, dövlətin dəstəyi yeganə alət deyil. Sahibkarlar da bir vətəndaş kimi bu işə öz töhfəsini verməlidirlər.
Nazir qeyd edib ki, dəstək proqramlarından biri sahibkarlara həm mövcud kreditlər, həm də yeni kreditlər üçün dövlət tərəfindən müəyyən faizlərin qarşılanmasıdır. Bu alətlər kifayət qədər çoxşaxəlidir. Azərbaycanda tətbiq edilən dəstək proqramları aparıcı təcrübələrə tam uyğundur. Biz hər zaman çalışırıq ki, iqtisadiyyatın nəbzini izləyək. Bu iş yalnız İqtisadiyyat Nazirliyi tərəfindən deyil, digər müvafiq qurumlar da tərəfindən həyata keçirilir. Əlavə dəstəyə ehtiyac olduqda əlavə arayışlar təqdim ediləcək".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 26 aprel 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"AzerGold" QSC UIMF 2026 beynəlxalq forumunda təmsil olunub - FOTOLAR

"AzerGold" QSC Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 8-ci Beynəlxalq Dağ-Mədən və Metallurgiya Forumu – UIMF 2026-da təmsil olunub. Oktyabrın 27–28-də "Resurslardan qlobal imkanlara doğru" şüarı altınd


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu qun son xabar bugunun xeberleri xeberler bugun 2026