Mikayıl Cabbarov UNDP-nin Azərbaycanda fəaliyyət müddəti başa çatan rezident nümayəndəsi ilə görüşdü
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT İnkişaf Proqramının (UNDP) Azərbaycanda fəaliyyət müddəti başa çatan rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, iqtisadiyyat naziri UNDP-nin ölkəmizdə gördüyü işlərin, həyata keçirilmiş layihələrin əhəmiyyətini vurğulayıb, rezident nümayəndəyə səmərəli fəaliyyətinə görə minnətdarlıq edib, gələcək işlərində uğurlar arzulayıb.
Görüşdə UNDP-nin innovasiya, "yaşıl iqtisadiyyat", regionlarda sosial-iqtisadi və biznes əlaqələrinin genişləndirilməsi kimi istiqamətlər üzrə göstərdiyi dəstəyin əhəmiyyəti qeyd edilib.
Alessandro Frakassetti fəaliyyəti müddətində ona göstərilən diqqətə görə təşəkkür edib, Azərbaycan hökuməti tərəfindən UNDP-nin ölkəmizdə fəaliyyətinin səmərəli təşkilinə göstərilən dəstəyi yüksək qiymətləndirib.
Bildirilib ki, UNDP "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə və "2021-2025-ci illər üçün sosial-iqtisadi inkişaf Strategiyası"na uyğun olaraq Azərbaycan hökumətinə dəstək verməyə hazırdır.
Tərəflər UNDP-nin Azərbaycanda fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar