Mikayıl Cabbarov: 'Zəngəzur dəhlizini nəqliyyat marşrutlarının kəsişməsi kimi görürük

Mikayıl Cabbarov: 'Zəngəzur dəhlizini nəqliyyat marşrutlarının kəsişməsi kimi görürük"2020-ci ilin əvvəlində imzalanmış saziş və nəqliyyat infrastrukturunun inkişafı nəticəsində Türkiyəyə ixrac edilən məhsulların çeşidi xeyli genişlənib".
Azxeber.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov CBC-yə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın imzaladığı iqtisadi ticari sazişlərin sayı artır: "Ötən ilin əvvəlində qüvvəyə minmiş imtiyazlı ticarət sazişinə əsasən Türkiyə bazarına ixrac etdiyimiz məhsulların çeşidi xeyli artıb. Bu gün Azərbaycanın bir sıra məhsulları Türkiyəyə sıfır, yaxud cüzi gömrük rüsumu ilə ixrac edilir".
Qeyri-neft sektorunun 2015-ci ildən bu yana sürətlə böyüdüyünü qeyd edən nazir son üç il ərzində artımın ikirəqəmli qiymətlərə çatdığını deyib: "2021-ci ildə qeyri-neft sənayemizin artımı 20 faizi keçib ki, bu da ixracatın da artması deməkdir. 2021-ci ilin 11 ayı ərzində qeyri-neft ixracatının artımı 44 faizdir və burada da başlıca rol sənayeyə məxsusdur".
Son 20 il ərzində nəqliyyat və logistika infrastrukturuna böyük vəsaitlərin yatırıldığını və bunun obyektiv səbəblərlə bağlı olduğunu vurğulayan nazir M.Cabbarov əlavə edib ki, nəqliyyat və logistikanın inkişaf etdirilməsi iqtisadiyyatın şaxələndirilməsinə yönələn siyasətin mühüm hissəsidir.
"Bu baxımdan Zəngəzur dəhlizi də müstəsna əhəmiyyətə malikdir. Bu dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat marşrutlarının kəsişməsi olaraq görürük. Hətta bu gün dəmir yollarında birbaşa bağlantı olmasa belə, Şimal-Cənub marşrutundakı ticarətin xeyli hissəsi Azərbaycan üzərindən keçir. Yeni dəhliz isə İranın, Türkiyənin, başqa qonşu ölkələrin ayrı-ayrı əyalətlərinə mövcud nəqliyyat infrastrukturuna çıxış imkanı yaradacaq", – nazir söyləyib.

Siyasi       Tarix: 16 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


azerbaycan xeberleri yeni xeberler son xeberler butun xeberler en son xəbərlər bugün xeber.az 2026 ensonxeberler