Mikayıl Cabbarovun Yevlax və Mingəçevir səfəri: Yeni iş yerləri yaradılacaq - FOTO
Mikayıl Cabbarovun Yevlax və Mingəçevir səfəri: Yeni iş yerləri yaradılacaq - FOTO
Mingəçevir və Yevlaxda yerli resurslardan iqtisadi inkişafda səmərəli istifadə olunması müzakirə edilib.
İqtisadiyyat Nazirliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, regiona səfər çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarovun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyevlə görüşündə Yevlaxda kiçik və orta biznesin inkişafı, yerli resursların fəal dövriyyəyə cəlb olunması, Yevlax Pilot Aqroparkının yaradılması, bu sahədə kiçik və orta biznesin iştirakı məsələləri müzakirə edilib.
Aqroparkın fermerlər üçün ayrılacaq sahəsində hər biri 20 hektarda olmaqla 55 fermer təsərrüfatının təşkili, sənaye təyinatlı sahədə isə sahibkarlıq subyektləri tərəfindən emal müəssisələrinin qurulması nəzərdə tutulur.
Mingəçevirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla yerli ehtiyatlardan səmərəli istifadə olunması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, Mingəçevir turizm klasterinin yaradılması məsələlərini müzakirə edib.
Səfər zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil" MMC-nin iplik fabriklərində istehsal prosesi ilə tanış olub, istehsalın həcminin artırılması, yeni istehsalat sahələrinin və iş yerlərinin yaradılması məsələləri müzakirə edilib.
Mingəçevir Sənaye Parkının ərazisində "Mingəçevir Tekstil" MMC-nin iki iplik istehsalı fabriki fəaliyyət göstərir. 14,5 hektar sahədə təşkil edilmiş və investisiya dəyəri 93,5 milyon ABŞ dolları olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib.
Müasir avadanlıqlarla təchiz olunan, Almaniya, İsveçrə, Yaponiya və Türkiyənin qabaqcıl texnologiyaları əsasında fəaliyyət göstərən müəssisələrdə 450-dən çox işçi çalışır. İllik istehsal gücü 20 min ton olan fabriklərdə pambıq mahlıcından müxtəlif çeşiddə iplik istehsal olunur. Fabriklərdə yerli xammaldan istifadə edilir. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, Türkiyə və digər ölkələrə ixrac olunur.









Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR