Mikayılın verilişinin adından dələduzluq edildi
Aparıcı Mikayıl Güləddinoğlunun verilişinin adından dələduzluq halları qeydə alınıb.
azxeber.com-un redaksiyasına gələn şikayətlər əsasında məlum olub ki, "Axşamdan-axşama" verilişin adından vətəndaşlara zənglər olunaraq onların hədiyyə qazanması barədə məluatlar verilir.
Şikayətçinin sözlərinə görə ona zəng edən şəxs özünü "MTV" Azərbaycan kanalının əməkdaşı kimi təqdim edib.
O, xanıma Mikayıl Güləddinoğlunun sözügedən verilişinin baş sponsoru tərəfindən hədiyyələrə layiq görüldüyünü bildirib.
Burada əsas məqsəd isə vətəndaşa bir hədiyyə verərək, digər bahalı əşyaları "endirim" adı ilə satmaqdır.
Mövzu ilə bağlı Mikayıl Güləddinoğlu ilə əlaqə saxlamağa çalışdıq. Aparıcının köməkçisi bu dələduzluqdan xəbərdar olduqlarını, təkcə "Axşamdan-axşama" verilişinin yox, bir çox layihələrin adından bu kimi halların qeydə alındığını bildirib. O, vətəndaşları belə dələduzluqlara inanmamağa çağırıb.
Xatırladaq ki, yanvar ayında Mikayıl Güləddinoğlu "MTV" Azərbaycan kanalında yayımlanan "Axşamdan-axşama" "Toya gəlmişik", "Qırmızı çamadan" verilişlərinin yayımını dayandıraraq kanalla yollarını ayırıb.
Aparıcı hazırda "KANAL-S"də çalışır.
Aysel Hacızadə
Turlar.az [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır