Millət vəkili: "Ehtiyac olarsa, karantin rejimi uzadıla və sərtləşdirilə bilər

Millət vəkili: "Ehtiyac olarsa, karantin rejimi uzadıla və sərtləşdirilə bilərMillət vəkili: "Ehtiyac olarsa, karantin rejimi uzadıla və sərtləşdirilə bilər"
"Koronavirusa yoluxma hallarının artım dinamikasını dayandırmaq və bu sahədə müsbət tendensiyaya, yoluxma hallarının azalmasına nail olmaq məqsədilə karantin qaydalarına birmənalı şəkildə riayət olunmalıdır".
Bu sözləri Oxu.Az-a açıqlamasında ixtisasca həkim olan millət vəkili İlham Məmmədov deyib. O bildirib ki, bu gün koronavirus infeksiyasının kliniki gedişatında bir qədər ağırlaşma müşahidə edilir:
"İlkin mərhələdə xəstəlik özünü nisbətən yüngül büruzə verirdisə, bu gün təəssüf olsun ki, xəstəliyin gedişatı kifayət qədər ağır, kəskin və fəsadlaşmış şəkildə davam edir. Qısa zaman kəsiyində quru öskürək, yüksək hərarət, baş ağrıları və digər ağır simptomlar vətəndaşları çətin vəziyyətə salır. Azərbaycanda pandemiyanın ilk başladığı gündən apardığı preventiv tədbirlər, operativ qərargahın yaradılması, qərargah üzvlərinin vəziyyətə uyğun şəkildə qəbul etdiyi qərarlar bu gün ölkə daxilində yoluxma hallarını nisbətən də olsa, nəzarətdə saxlamağa kömək edir.
Prezident İlham Əliyev pandemiya ilə mübarizə çərçivəsində bir sıra sərəncam və tapşırıqlar verib.  Həmin tapşırıqlar əsasında ölkədə modul tipli xəstəxanaların inşasına başlanılıb. Bununla paralel olaraq isə vətəndaşların sosial durumunu nəzərə alaraq, onlara sosial yardım paketlərinin ayrılması istiqamətində müvafiq tapşırıqlar verib. Təəssüf osun ki, may ayına qədər müşahidə edilən stabil vəziyyət karantin yumşaldıqdan sonra nisbətən artmağa başladı. Bu isə mövcud vəziyyətə tam nəzarət etməyi nisbətən çətinləşdirir. Bu səbəbdən də karantin rejimi yenidən sərtləşdirildi. Karantin rejimi sərtləşdiriləndən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayandı  və gündəlik yoluxmaların orta sayı 520-550 arasında müəyyənləşdi".
Millət vəkili onu da əlavə edib ki, karantin rejiminin sərtləşdirilməsi yoluxma dinamikasının aşağı düşməsində ciddi dəyişiklik yaradırsa, yeri gələrsə onun uzadılması, eləcə də əlavə tədbirlərin görülməsi zəruri hal ala bilər:
"Təbii ki, bu qərar operativ qərargah nümayəndələri tərəfindən müəyyən proseslər nəzərdən keçirildikdən sonra alına bilər. Əslində birmənalı olaraq bu yoluxma dinamikasından asılıdır. Ehtiyac olarsa, zərurət yaranarsa, karantin rejimi uzadıla bilər. İnsanlarımız da bunu anlayışla qarşılamalıdır. Daha əvvəl bu xəstəliyə inanmayanlar olurdu. Lakin bu gün hər kəs "mənim yaxınlarım arasında koronavirusa yoluxan var" cümləsini qurur. Bu təəssüf doğuran məqamdır, lakin vətəndaşlarımız bizdən inciməsin. Daha əvvəl onlar karantin rejiminə ciddi riayət etsəydi, yoluxma halları artmazdı.
İctimai nəqliyyatdan istifadə etdikdə, mağazaya getdikdə, küçəyə çıxdıqda tibbi maskalardan istifadə etmək, insanlar arasında sosial məsafəni gözləmək ilkin mərhələlərdə vacib idi.
Biz sanki müharibədəyik. Hər birimiz vətənimiz uğrunda müharibəyə gedib, canımızdan keçməyə hazırıq. Bu da bir müharibədir. Yalnız burada vətən uğrunda ölmək yox, vətən uğrunda yaşamaq və yaşatmaq lazımdır. Bunun üçün isə qaydalara riayət etmək şərtdir. Lakin vətəndaşlarımız buna hələ indi, yavaş-yavaş riayət etməyə başlayıb. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayının aşağı düşmə ehtimalı çox böyükdür".
İ.Məmmədov sərt karantin rejimi qaydalarının pozulmasına görə tətbiq edilən cərimə tədbirlərinə edilən dəyişikliklərə də toxunub. O bildirib ki, bu gün Milli Məclisdə müzakirəyə çıxarılan karantin rejimini pozan şəxslərə tətbiq edilən cərimə miqdarının artırılması ilə bağlı məsələyə müsbət rəy verildi və qərar qəbul edildi:
"Burada söhbət cərimələri artırıb hər hansı bir formada cərimələməkdən getmir. Dövlətin məqsədi bu deyil. Sadəcə, bu gün atılan bütün addımlar insanları həm özlərinin, həm də ətrafdakı insanların təhlükəsizliyinə biganə yanaşmamaqları üçün qanuni çərçivəyə salmaqdır. Bu bəzi məsuliyyətsiz insanlara xatırlatmadır. Yaşayış yerini tərk edən insan tibbi maska taxmırsa, qapalı məkanlarda yoluxma riskini artıracaq davranışlara yol verirsə, o artıq özünü deyil, ətrafdakı insanların sağlamlıqlarını da bilə-bilə riskə atır. Hər bir vətəndaş bizim millətimizin üzvüdür. Bu gün biz özümüz-özümüzə irad bildirməliyik. İctimai qınaq mütləq şəkildə olmalıdır.
Tutduğu vəzifəsindən, ictimai-siyasi görüşündən asılı olmayaraq, hər kəs bu istiqamətdə təbliğat aparmalı və insanları birlik olaraq qaydalara riayət etməyə çağırmalıdır. Bu tək dövlətimizin deyil, bizim hər birimizin vətən, millət qarşısında borcudur.
Bütün sosial media bu gün qaydaların ayrı ayrı vətəndaşlar tərəfindən pozulması hallarını göstərib, bunun yolverilməz olduğunu diqqətə çatdırmalıdır. Əks təqdirdə karantin rejiminin sərtləşdirilməsinə, cərimə tətbiqlərinin digər ölkələrdəki kimi daha da artırılmasına zərurət yaranacaq. Axı bizə bu lazım deyil, elə deyilmi? İnsanın öz sağlamlığının qeydinə qalması üçün bu qədər cərimə tədbirlərinə ehtiyac varmı? Dövlət əlindən gələni edir ki, məsuliyyətsiz vətəndaşlara bu işin ciddiyyətini başa salsın. Mən xahiş edirəm ki, pandemiya dövründən ən az zərərlə çıxmaq üçün birlik olaq, qalib gələk".
Könül Cəfərli

Sosial       Tarix: 29 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


azerbaycan xeberleri son xeberler yeni xeberler havanın temperaturu cebheden xeber meherremlik 2026 xəbərlər.com