Milli Məclis Oqtay Əsədovla bağlı yazılanları pislədi: "Onun belə tanışı yoxdur
Milli Məclis Oqtay Əsədovla bağlı yazılanları pislədi: "Onun belə tanışı yoxdur"
Son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində Milli Məclisin sədri Oqtay Əsədovla bağlı həqiqətə uyğun olmayan məlumat dərc olunub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, həmin məlumatda guya parlament sədrinin qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu "Araş Medical Company" MMC-nin son doqquz il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə etdiyi, bu satınalmaların əksəriyyətinin Səhiyyə Nazirliyindən olduğu yazılıb.
Parlamentin mətbuat xidməti qəti şəkildə bildirib ki, Milli Məclisin sədri Oqtay Əsədovun Cavid Əsədov adlı nə qardaşı oğlu, nə bacısı oğlu, nə də tanışı var.
"Milli Məclis sədrinin "Araş Medical Company" MMC ilə heç bir əlaqəsi yoxdur. Heç bir əsası olmayan, uydurma faktlara söykənmiş belə informasiyaların yayılması ancaq acı təəssüf hissi doğurur", - deyə əlavə olunub.
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı