Milli Məclis Prezident İlham Əliyev və Mehriban Əliyevanı təbrik etdi
"İclasımız tarixi gün ərəfəsində keçirilir. Bu il Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən 30 il ötür".
Azxeber.com-un xəbərinə görə, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, həmin vaxt ölkəmizin qarşısında duran ən vacib məsələlərdən biri dəyişən şəraitə uyğun dövlət quruculuğu yaratmaq idi: "Həmin dövrdə hərc-mərclik, hakimiyyət davası dövləti idarəedilməz hala gətirmişdi. Erməni silahlı birləşmələri fürsətdən istifadə edərək işğalı günü-gündən genişləndirirdi. 1993-cü ilin iyununda Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı xilas etdi. Xilaskarlıq missiyasını yerinə yetirmək yolunda onun fəaliyyəti bu binadan başlamışdı".
Spiker bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bölgədə söz sahibi olan qüdrətli dövlətdir: "Əminliklə demək olar ki, qarşıdakı dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük uğurlara imza atacaq".
S.Qafarova təklif edib ki, Müstəqilliyin Bərpası Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın.
Deputatlar sədrin təklifini dəstəkləyiblər.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı