Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək
Milli Məclisdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçiriləcək.
KONKRET.az-ın xəbərinə görə, bu, parlamentin Gənclər və idman komitəsinin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planında əksini tapıb.
Sessiyada Milli Məclisə daxil olacaq qanun layihələri, bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı məsələlərlə yanaşı, komitədə "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsinin, eləcə də "Ali təhsil haqqında" qanun layihəsində gənclərlə bağlı müddəaların müzakirəsi nəzərdə tutulub.
Eyni zamanda, iş planında 2022-ci ilin "Şuşa ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli sərəncamına uyğun olaraq, gənclərin maarifləndirilməsi tədbirlərinin, komitə üzvlərinin mütəmadi olaraq seçki dairələrinə daxil olan ərazidə yaşayan şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşlərinin, Xocalı soyqırımına həsr olunmuş tədbirlərin keçirilməsinə, ölkə əhəmiyyətli ictimai-siyasi hadisələrlə əlaqədar müxtəlif səpkili tədbirlərin təşkilinə də geniş yer ayrılıb.
Qeyd edək ki, bu gün Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır