Milli Məclisə növbədənkənar seçkilərin - TƏQVİM PLANI

Milli Məclisə növbədənkənar seçkilərin - TƏQVİM PLANIMilli Məclisə növbədənkənar seçkilərin - TƏQVİM PLANI
Dekabrın 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında "Azərbaycan Respublikasında 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı" ilə əlaqədar müzakirələr aparılıb.
AZƏRTAC xəbər verir ki, MSK-nın katibi Arifə Muxtarova gündəlikdəki məsələ ilə bağlı çıxışında növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməli olduğunu bildirib. Bu barədə məsələ "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq. Azərbaycanda parlament seçkilərində "exit-poll" keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər. Yanvarın 30-dək isə onların qeydiyyata alınması başa çatmalıdır.
İclasda vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılması məsələsinə baxılıb. Məsələ müzakirə olunduqdan sonra səsə qoyularaq təsdiq edilib.
Daha sonra isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirə olunub. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda, həmçinin MSK-nın bəzi normativ xarakterli aktlarına dair müzakirələr aparılıb. /oxu.az

Siyasi       Tarix: 07 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Lavrovla bunları müzakirə etdi – FOTOLAR

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliy

"Dost Almaniya xalqına..." - İlham Əliyevin xatirə kitabına yazdıqları

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevin "Villa Borsig" iqamətgahında Fəxri qonaqlar kitabına yazdığı ürək sözlərini paylaşıb. səfər çərçivəsində dövlət başçısının xatirə kitabında qey

Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin ali hərbi rəhbərliyi ilə intensiv danışıqlar keçirir.   xəbər verir ki, Ukrayna prezidentinin iyulun 19 və 20-də Baş Qərargah rəisinin müavini Vladimir Qorbatyukla iki dəfə görüşdüy

İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb. xəbər verir ki, görüşdə Azərbaycan və alman iş adamlarının, həmçinin şirkətlərinin birg

Azərbaycan və Almaniya prezidentlərinin geniş tərkibdə görüşü oldu - FOTOLAR

İyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub. Almaniya Prezidenti Azərbaycana səfərini məmnunluql

Sərkisyan ölkədən "qaçırdı", Paşinyan isə… – İrəvanda siyasi gərginlik

"Nikol Paşinyan məzuniyyətdədir, lakin istirahət vaxtında belə fəaliyyətini dayandırmır. O, ictimaiyyətə kassa çeklərinin götürülməsinin vacibliyi barədə məlumat verir, teatrların tamaşaçılarla dolu olduğunu danışı

Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistana səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyev tərəfindən qəbul olunub. xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Mikayıl Cabbaro

Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR

Azərbaycan–Türkiyə Parlamentlərarası İşçi Qrupunun rəhbəri, Milli Məclisin komitə sədri, akademik Əhliman Əmiraslanovun rəhbərlik etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətinə səfər edib. xəbər verir ki, səfər Şimal

Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq

"Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq". Bunu Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib. Dövlət başçısı bildirib ki, bağlantılarla bağl


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou son xeber.az azerbaycan son xeber bugun enson xeberler